"Qəbələ" "Zirə"ylə oyuna hazırlaşır

01.03.2016 | 2738 dəfə oxunub

“Qəbələ” Azərbaycan kubokunun 1/4 final mərhələsinin “Zirə” ilə ilk oyununun hazırlıqlarını davam etdirir. Stadium.Az xəbər verir ki, Premyer Liqanın 23-cü turunun fevralın 27-də keçirilən “Xəzər Lənkəran”la ev oyununun (0:0) ardından məşqlərə ara verməyən “qırmızı-qaralar” kubok matçının hazırlığına dünən başlayıb. 


Günün ilk yarısında baş tutan məşq prosesində komanda iki qrupa bölünüb. Son turun matçında iştirak edənlər bərpaedici məşqlə kifayətlənib. Digər oyunçular isə toplu çalışmalara üstünlük verib. Roman Qriqorçukun futbolçuları bu gün səhər məşqini də Qəbələdə gerçəkləşdirib. “Xəzər Lənkəran”a qarşı oynayanlar fiziki hazırlıq keçiblərsə, digərləri toplu məşq ediblər. Zədədən sonra komandaya qoşulan Aleksey Antonovla Dodo da “Zirə” ilə matçın hazırlıqlarına qatılıblar. 

Braziliyalı komanda ilə, ukraynalı isə fərdi məşq edib. Sabah səhər Bakıya yola düşəcək komandamız oyuna hazırlıqları paytaxtda yekunlaşdıracaq.

Xatırladaq ki, kubokun 1/4 final mərhələsinin “Zirə” – “Qəbələ” oyunu martın 2-də keçiriləcək. Qarşılaşma saat 18:00-da başlayacaq. (klub saytı)



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail