Zaur Svanadze: "Məğlubiyyət bizi göydən yerə endirdi"

02.03.2016 | 3513 dəfə oxunub

Bu gün Azərbaycan Kubokunun 1/4 final mərhələsinin ilk oyununda “İnter” səfərdə “Rəvan”a 2:1 hesabıyla məğlub oldu. Stadium.Az xəbər verir ki, “bankirlər”in baş məşqçisi Zaur Svanadze məğlubiyyəti belə şərh edib:

"Yaxşı oynamadıq. Bu oyunda məğlub olmağımız hardasa yaxşı oldu. Çünki bu məğlubiyyət bizi göydən yerə endirdi. Bəzi oyunçular "Qarabağ"la oyundan sonra göylərdə uçurdu.

Ola bilər ki, qoldan sonra komandada arxayınlıq yarandı. Son oyundan sonra bir az yorğunluq var idi. Çalışacağıq  ki, cavab oyununda vəziyyəti düzəldək. Kamran Ağayevin çıxışına gəlincə, bizdə heç kimə əsas heyətdə oynamaq zəmanəti verilmir. İkinci qolda demək olar ki, Kamranlıq bir şey yox idi. Ümumilikdə qollara təkrar baxmaq lazımdır. Ruslanın oynamamağı limitlə bağlıdır. Fuad zədələndiyi üçün Abbası oyuna daxil etmişdik".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail