Gəncə şəhər stadionunda təmir olmayacaq

04.03.2016 | 3243 dəfə oxunub

Yaxın aylarda Gəncə şəhər stadionunda əsaslı təmir işləri aparılmayacaq. Stadium.Az xəbər verir ki, bu barədə Gəncə şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Müşfiq Cəfərov məlumat verib. 

Onun sözlərinə görə, təmir üçün dövlət tərəfindən vəsait ayrılmalıdır. Amma mayadək bu, baş verməyəcək: "Ötən il də təmirlə bağlı müraciət olunmuşdu. Bu il isə təmirə daha çox ehtiyac var. Çünki həm Gəncənin "Kəpəz" komandası Premyer Liqada çıxış edir, həm də Avropa kuboklarına vəsiqə qazanmağa yaxındır. Amma hələlik lazımi məbləğdə vəsaitin ayrılması gözlənilmir". 

M.Cəfərov bildirib ki, Azərbaycan Kubokunun final matçının Gəncə şəhər stadionunda təşkilinə dair qərar da hələ verilməyib: "Mən də istərdim ki, final oyunu bizim stadionda olsun. Amma bunun üçün müəyyən işlər görülməlidir. Ot örtüyündən öncə drenaj sistemi dəyişdirilməlidir. Stadionun hazırkı durumu avrokubok oyunu keçirməyə də imkan vermir. Ola bilsin, cari mövsüm başa çatdıqdan sonra təmir işlərinə başlanıldı". 

Qeyd edək ki, AFFA Klublar Komitəsinin son iclasında Azərbaycan Kubokunun final matçının Gəncə şəhər stadionunda təşkili tövsiyə olunub. (Report)



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail