"Beləsini söyməyəsən, neyləyəsən?"

06.03.2016 | 6643 dəfə oxunub

“Sumqayıt” ötən gün Azərbaycan Premyer Liqasının 24-cü turunun oyununda doğma meydanda “İnter”ə məğlub oldu – 0:1. Stadium.Az xəbər vevrir ki, oyundan sonra baş məşqçi Samir Abbasov qarşılaşma barədə belə danışıb:

"İkinci hissədəki kimi oynasaq, nəticə qazana bilərdik. "İnter" kimi komandaya qol vurmaq onsuz da çətindir.

İkinci hissədəki penalti tələbləri azarkeşlərə məxsusdur. Videoyazıya yenidən baxıb qərar verəcəyik, ancaq bu heç nəyi dəyişməyəcək. Baş hakim epizodun yaxınlığından belə qərar veribsə, biz ona inanmalıyıq. Qol epizodları yaradırıq, amma istifadə edə bilmirik.
Cüzi olsa da, ümidimiz kubokadır. Erkən qol vursaq, "Qarabağ"ı keçə bilərik.

Qışda rəhbərliyin qarşısına 12-13 nəfərlik heyət qoymuşduq. Amma rəhbərliyi də başa düşürəm. Bu qədər oyunçu gətirmək çətindir. Buna baxmayaraq, mayda böyük dəyişikliklər olacaq. Bəlkə, bu futbolçular digər komandalarda özlərini göstərə bildilər. Vaqif Cavadov anlamalıdır ki, komanda onun üçün yox, o, komanda üçün oynamalıdır. Amma kənardan onun haqda kimlərsə nəsə deyirsə, biz Vaqifi baltalamalı deyilik. Qarşıdakı 12 oyunun hamısında da uduzsaq belə, postumda qalacağam. Klubumuzun Müşahidə Şurasının sədri Muxtar Babayev komandada potensial görürsə, mən bir söz deyə bilmərəm. Hər şey ortadadır".

Hakim Orxanı təhqir etmişəm. Bilmirəm, bizim "Rəvan"la oyuna görə "yanan" hakimi oyunumuza təyin etmək nə dərəcədə düzgündür? O da bizim bəzi futbolçular kimi oyuna rəngi ağarmış halda çıxır. Beləsini söyməyəsən, neyləyəsən?"



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail