Mariya Stadnik Avropa çempionu

09.03.2016 | 3014 dəfə oxunub

Latviyanın paytaxtı Riqada güləş üzrə böyüklər arasında Avropa çempionatı start götürüb. Stadium.Az xəbər evrir ki, yarışların ilk günündə 57 və 86 kq çəkidə sərbəst, 48 və 63 kq çəkidə qadın güləşçilər mübarizə aparıb.

Qadın güləşi üzrə yığmamızın kapitanı Mariya Stadnik (48 kq) finala qədər bütün rəqiblərini mübarizədən kənarlaşdırıb. Əvvəlcə Ukrayna təmsilçisi Oleksandra Kogutu, ardınca Rusiya təmsilçisi Valentina İslamovanı, yarımfinalda isə Bolqarıstandan Elitsa Yakonvanı tam üstünlüklə məğlub edərək finala yüksəlib. Finalda güləşçimizin rəqibi Rumıniya təmsilçisi Emilia Vuc olub. Rəqibinə heç bir şans verməyən Mariya Stadnik növbəti dəfə Avropa çempionu adına sahib olub. Xatırladaq ki, Mariya bu günədək 4 dəfə (2008, 2009, 2011, 2014) Avropa çempionu, ötən il isə ilk Avropa Oyunlarının qalibi olub.

Sərbəst güləş üzrə yarışlarda 86 kq çəki dərəcəsində mübarizə aparan təmsilçimiz Aleksandr Qostiyev də finala qədər bütün rəqiblərindən üstün olub. İlk rəqib Polşadan olan Zbiqnev Baranovski güləşçimizlə görüşə çıxmayıb. Ardınca London Olimpiadasının bürünc medalçısı gürcü Dato Marsaqişvilini üstələyən Qostiyev yarımfinalda Belarus təmsilçisi Aliaksandr Huştini məğlub edib. Finalda güləşçimizin rəqibi Rusiyadan Şamil Kudiamaqomedov olub. Həlledici görüşdə rəqibinə uduzan idmançımız Avropa çempionatını gümüş medalla başa vurub.

57 kq çəkidə mübarizə aparan güləşçimiz Mahir Əmiraslanov ilk görüşdə Latviya təmsilçisi Eduards Kucepalovsdan üstün olub. Ardınca Ukrayna təmsilçisi Andriy Yatsenkoyla gərgin keçən görüşdə minimal hesabla məğlub olan Mahir rəqibin finala çıxması ilə təsəlliverici görüşə qatılıb. Almaniyadan Marcel Evald üzərində qazandığı qələbə güləşçimizə bürünc medal şansı verib. Həlledici görüşdə Mahir Əmiraslanovun rəqibi Rumıniyadan Andrey Dukov olub. Bu dəfə rəqibinə uduzan güləşçimiz çempionatı 5-ci pillədə tamamlayıb.

48 kq 

1/8 final - Mariya Stadnik - Oleksandra Kogut (Ukrayna) - 10:0
1/4 final - Valentina İslamova (Rusiya) - Mariya Stadnik - 2:5
1/2 final - Mariya Stadnik - Elitsa Yankova (Bolqarıstan) -  9:0
FİNAL - Emilia Vuc (Rumıniya) - Mariya Stadnik - 0:10

57 kq 

1/8 final - Mahir Əmiraslanov - Eduards Kucepalovs (Latviya) - 11:1
1/4 final - Andriy Yatsenko (Ukrayna) - Mahir Əmiraslanov -  9:8
Təsəlliverici görüş - Marcel Evald (Almaniya) - Mahir Əmiraslanov -  0:3
Bürünc medal görüşü - Mahir Əmiraslanov - Andrey Dukov (Rumıniya) 2:12

86 kq 

1/8 final - Zbiqnev Baranovski (Polşa) - Aleksandr Qostiyev - 0:3 (rəqib görüşə çıxmayıb)
1/4 final - Dato Marsaqişvili (Gürcüstan) - Aleksandr Qostiyev - 3:4
1/2 final - Aleksandr Qostiyev - Aliaksandr Huştin (Belarus) - 3:1
FİNAL - Şamil Kudiamaqomedov (Rusiya) - Aleksandr Qostiyev - 6:2 (AGF)



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail