Qurban Qurbanov: "Tək Elvin deyil, digər futbolçuların da səhvləri oldu"

09.03.2016 | 3228 dəfə oxunub

Qarabağ” Azərbaycan Kubokunun 1/4 final mərhələsinin cavab oyununda da “Sumqayıt”a qalib gələrək (4:1, ilk oyun 2:0) yarımfinala yüksəldi. Stadium.Az xəbər verir ki, bu oyundan sonra “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov jurnalistlərin suallarını cavablandırıb:

- Qalib gəlsək də, qapımız qarşısında xeyli qol epizodunun şahidi olduq. Doğrudur, ilk baxışdan rahat qələbə qazandığımızı düşünmək olar. Amma bu qədər səhvə yol verdiyimiz oyunu xatırlamıram.
Ola bilər, oyunçular sıx qrafiklə oynadıqları üçün bir qədər psixoloji yorğunluq var idi. Fasilədə futbolulara bəzi iradlarımı bildirdim. Hesab 4:0 olduqdan sonra da oyuna nəzarəti itirdik. Lakin tədricən təşəbbüsü ələ ala bildik.

- Elvin Yunuszadəni meydana buraxdınız və məhz onun səhvindən sonra qapınızda qol gördünüz...

- Tək Elvin deyil, digər futbolçuların da səhvləri oldu. Sadəcə, Yunuszadənin bəxti gətirmədi ki, məhz onun səhvi qolla nəticələndi.

- Hesab 4:0 olarkən, Riçard Almeydaya şans verdiniz. Olmazdımı ki, daha az şans qazanan oyunçunu meydançaya buraxaydınız?

- Bu, əvvəlcədən planlaşdırılmış əvəzetmə idi. Planlaşdırılmayan yalnız Rəşad Sadıqovun əvəzetməsi idi. O, bir qədər əzələsində ağrılar hiss etdiyi üçün fasilədə əvəzetmə qərarı verdik.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail