Adil Şükürov: "Biz də bundan istifadə etdik"

13.03.2016 | 2615 dəfə oxunub

"Zirə" bu gün Azərbaycan Premyer Liqasının 25-ci turunda səfərdə "Qəbələ" 2:1 hesabıyla qalib gəldi. Stadium.Az xəbər verir ki, oyundan sonra "Zirə"nin baş məşqçisi Adil Şükürov oyun barədə belə danışıb:

“Qəbələ” kimi komandaya qalib gəldiyimiz üçün sevincliyik. Bura kimi gəlib bizə dəstək olan azarkeşlərimizə təşəkkür edirik. Kubokda 1:5 hesablı məğlubiyyətdən sonra komandanı çətinliklə də olsa, toparladıq. Bu da öz nəticəsini verdi. Eyni rəqiblə qısa müddət ərzində ardıcıl oynayanda səhvləri və boşluqları daha aydın görmək olur. Biz də bundan istifadə etdik.

Biz axıra qədər mübarizə aparacağıq, ancaq əsas hədəfimiz komanda qurmaqdı. İstəyimiz bu gün özünü doğruldur və bu, bizim birgə işimizdi. Avrokuboklara çıxa bilsək, daha yaxşı olacaq. Komandada zədəlilərimiz çox idi, oyunçularımız qayıtdıqca komanda daha yaxşı oyun göstərəcək, üstəlik onu da qeyd edək ki, böyükhesablı məğlubiyyət bizim üçün əsl motivasiya idi. Bunun üçün rəqibə təşəkkür edirəm”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail