“İnter” 450-ci oyununu keçirib

14.03.2016 | 2956 dəfə oxunub

"İnter” Azərbaycan çempionatlarında özünün 450-ci oyununu keçirib.

Stadium.az xəbər verir ki, paytaxt təmsilçisinin yubiley oyunu Azərbaycan Premyer Liqasının XXV turunun “Rəvan”la matçına təsadüf edib. Bakılılar 3:1 hesabı ilə qalib gəlib, 450-ci qarşılaşmada 232-ci qələbəsini qazanıb. 113 heç-heçə və 105 məğlubiyyəti də olan “İnter” bu oyunlarda 614 qol vurub, 371-ni buraxıb. Paytaxt klubu 226 dəfə öz, 224 dəfə rəqib meydanına çıxıb.

“İnter” 1999-2004-cü illərdə “Xəzər Universiteti”, 2004-cü ildən sonra isə indiki adı altında çıxış edib. Komandanın ilk matçı 1999/2000 mövsümünə təsadüf edib. 1999-cu il oktyabrın 29-da baş tutan debüt matçında “Xəzər Universiteti” öz meydanında “Şəfa”ya uduzub – 0:1. (Pfl.az)



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail