Vəli Qasımov 22-ci oldu

14.03.2016 | 2992 dəfə oxunub

Premyer Liqasının XXV turu Vəli Qasımovun Azərbaycan çempionatlarında debütü ilə əlamətdar olub.

Stadium.az xəbər verir ki, futbolçu kimi ölkə çempionatlarında iştirak etməyən, yalnız SSRİ dövründə “Neftçi”nin formasını geyinən 48 yaşlı mütəxəssis sabiq komandasını baş məşqçi kimi AZAL-la matça çıxarıb. Komandada debütü ölkə kubokuna təsadüf edən Qasımovun Premyer Liqadakı ilki 1:1 hesablı heç-heçə ilə nəticələnib. Bu oyunadək “ağ-qaralar”ı Azərbaycan çempionatı görüşlərinə 21 baş məşqçi çıxarmışdı. Qasımov bu siyahıya 22-ci çalışdırıcı kimi daxil olub. O, cari mövsümün əvvəlki hissəsində “Neftçi”yə rəhbərlik etmiş məşqçilər Samir Əliyev və Əsgər Abdullayev kimi paytaxt təmsilçisinin “sükanı arxasında” debüt edib.

 “Neftçi”nin Azərbaycan çempionatlarındakı bütün məşqçiləri: Əhməd Ələsgərov (1992, 1998/99, 1999/2000), Sergey Kramarenko (1993), Böyükağa Ağayev (1993, 2008/09, 2009/10), Vaqif Sadıqov (1993, 1993/94, 1994/95, 1995/96, 2009/10), Asif Əliyev (1995/96, 1997/98, 1998/99), Kazbek Tuayev (1995/96, 1996/97, 1997/98, 1998/99, 2001/02, 2003/04, 2004/05), Ruslan Abdullayev (1997/98), Şamil Heydərov (1999/2000), Asəf Namazov (2000/01), Oqtay Abdullayev (2000/01), Ağasəlim Mircavadov (2004/05, 2005/06), Qurban Qurbanov (2006/07, 2007/08), Vlastimil Petrjela (2007/08), Anatoli Demyanenko (2007/08, 2008/09), Hans Yurgen Gede (2008/09), Arif Əsədov (2009/10, 2010/11, 2014/15), Böyükağa Hacıyev (2011/12, 2012/13, 2013/14, 2014/15), Tərlan Əhmədov (2013/14), Nazim Süleymanov (2013/14), Samir Əliyev (2015/16), Əsgər Abdullayev (2015/16). (Pfl.az)



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail