XXV tur "Neftçi" üçün əlamətdar oldu
Premyer Liqasının dünən keçirilən XXV turu “Neftçi” üçün tarixi hadisə ilə əlamətdar olub.
Stadium.az xəbər verir ki, paytaxt təmsilçisinin çilili hücumçusu Nikolas Kanales klubun Azərbaycan çempionatlarında 1200-cü qolunu vurub. 1992-ci ildən keçirilən yarışın iki daimi iştirakçısından biri olan “ağ-qaralar” AZAL-la matçadək 681 oyunda 1199 qol (texniki nəticələr nəzərə alınmamaqla) sevinci yaşamışdı. AZAL Arenada bərabərlik qolunu vurub, 1:1 hesabını rəsmiləşdirən Kanales 1200-cü topun müəllifi olub. Bakılılar bu toplardan 695-ni evdə, 485-ni səfərdə, 20-ni neytral meydanlarda vurublar. Azərbaycan çempionatlarında ən çox qol vuran komandanının 1200 topu rəqiblər, futbolçular, mövsümlər və yubileylər baxımından belədir:
Bombardirlər. “Neftçi”nin futbolçuları 1183 qol vurub və 17 dəfə də rəqiblərin avtoqollarına sevinib. Paytaxt təmsilçisinin heyətində indiyədək 121 futbolçu qol vurmağı bacarıb. “Ağ-qaralar”ın çempionatdakı 10 ən yaxşı bombardiri Samir Ələkbərov (99), Qurban Qurbanov (66), Yunis Hüseynov (58), Nazim Əliyev (42), Bahodir Nasimov, Nikolas Kanales (hər ikisi 38), Nadir Nəbiyev (37), Vadim Vasilyev (32), Branimir Subaşiç, Flavinyo (hər ikisi 31) daxildir. Bu siyahıda yalnız Kanales karyerasını “Neftçi”də davam etdirir ki, 1200-cü qolun müəllifi də öz hesabına 38-ci topu yazaraq 5-ci pilləyə şərik olub.
Rəqiblər. “Neftçi” ölkə çempionatlarında qarşılaşdığı bütün komandalara qol vurub. 52 rəqibin qapısına yol tapan “ağ-qaralar”ın ən çox məyus etdiyi 10 komanda siyahısında “Bakı” (70), “Turan” (69), “Kəpəz” (63), “İnter” (62), “Qarabağ” (59), “Şahdağ” Qusar (49), “Xəzər” Sumqayıt (47), MOİK (46), AZAL (45), “Xəzər Lənkəran” (42) yer alıblar.
Mövsümlər üzrə. “Neftçi” bir mövsümdə 100-dən daha çox qol vuran yeganə komanda (həmin mövsümdə “Xəzər” 100 qol vurub) adını qazandığı 1992-ci ildə 104 dəfə fərqlənib. “Ağ-qaralar” 1996/97 mövsümündə 98, 1998/99 mövsümündə 65, 2003/04 mövsümündə 62, 1994/95 və 1995/96 mövsümlərində 60 qol vurmağa nail olublar. Bakılılar digər mövsümlərdə ən azı 25 dəfə fərqləniblər: 2012/13 – 59, 2011/12 – 55, 2010/11 – 53, 2000/01, 2004/05, 2005/06 – hərəsində 51, 2013/14 – 48, 2006/07 – 47, 2007/08 – 39, 2014/15 – 38, 2003/04, 2007/08 – hərəsində 37, 1993 – 36, 2001/02, 1999/2000 – hərəsində 35, 2008/09 – 30, 2009/10 – 25. Cari - XXIV çempionatda 24 qol vuran paytaxt klubu antirekordunu arxada qoymaq üçün 2 dəfə rəqib qapılarına yol tapmalıdır.
Yubileylər. Kanales “Neftçi”də yubiley qolu vuran 5-ci legionerdir. Aleksey Stukas 500-cü, Stenli Udenkvor 700-cü, Adrian Neaqa 900-cü, Melvin Platye 1100-cü qolun müəllifi olmuşdu. Hollandiyalının müəllifi olduğu yubileydən növbəti əlamətdar qoladək 913 gün keçib. “Neftçi”nin ilk qolu isə 1200-cüdən 8710 gün öncə - 1992-ci il mayın 3-də Sumqayıt “Xəzər”i ilə oyunda qeydə alınıb. Bakılılara 1:0 hesablı qələbəni Yunis Hüseynovun penalti zərbəsi qazandırıb.
qol | Tarix | oyun | Futbolçu |
1 | 08.05.1992 | Neftçi – Xəzər S – 1:0 | Yunis Hüseynov, 87 |
100 | 13.10.1992 | İnşaatçı S – Neftçi – 0:1 | Samir Ələkbərov* |
200 | 23.10.1994 | Xəzər L – Neftçi – 0:3 | Mais Əzimov* |
300 | 18.09.1996 | Fərid – Neftçi – 0:3 | Yaşar Vahabzadə, 65 |
400 | 27.09.1997 | Neftçi – Dinamo – 2:0 | Qurban Qurbanov, 72 |
500 | 31.10.1999 | Neftçi – Kəpəz – 3:1 | Aleksey Stukas, 85 |
600 | 25.11.2001 | Xəzər Universiteti – Neftçi – 0:2 | Vadim Vasilyev, 75 |
700 | 13.12.2004 | Neftçi – Kəpəz – 2:0 | Stenli Udenkvor, 49 |
800 | 10.11.2006 | Bakı – Neftçi – 0:1 | Aqil Məmmədov, 4 |
900 | 22.08.2009 | Neftçi – Turan – 2:0 | Adrian Neaqa, 3 |
1000 | 04.12.2011 | Neftçi – Simurq – 4:2 | Araz Abdullayev,10, 36 |
1100 | 12.09.2013 | Neftçi – İnter – 3:1 | Melvin Platye, 45+1 |
1200 | 13.03.2016 | AZAL – Neftçi – 1:1 | Nikolas Kanales, 60 |
* - oyunun protokollarında qolların dəqiqəsi yazılmayıb. (Pfl.az)
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |