"Qəbələ" "Qarabağ"la oyunun hazırlığına başlayır

16.03.2016 | 3120 dəfə oxunub

Azərbaycan Premyer Liqasının XXV turunun “Zirə” ilə oyunundan (1:2) sonra iki günlük istirahətə buraxılan “Qəbələ” məşqlərini bu gün bərpa edəcək.

 

Stadium.az xəbər verir ki, “qırmızı-qaralar” martın 16-da bir araya gələrək “Qarabağ”la matçın hazırlıqlarına başlayacaq. Günün ikinci yarısında toplaşacaq komanda axşam məşqini Qəbələ şəhər stadionunda gerçəkləşdirəcək.

 

Roman Qriqorçukun yetirmələrinin hazırlığı tam heyətlə keçəcək. Əyalət klubunun qarşılaşmaya qədər hazırlıqları gündə bir dəfə olmaqla bu arenada baş tutacaq.

 

Xatırladaq ki, Premyer Liqanın XXVI turunun “Qarabağ”la oyunu martın 19-da keçiriləcək. Qəbələ şəhər stadionundakı matç saat 15:00-da başlayacaq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail