Ermin Zets: "Qarabağa bu oyunda da qol vuracağıma inanıram"

18.03.2016 | 2978 dəfə oxunub

Azərbaycan Premyer Liqasının 26-cı turunda “Qəbələ” “Qarabağ”la qarşılaşacaq.

Stadium.az xəbər verir ki, bu, komandalar arasında 37-ci görüş olacaq.

İndiyədək 8 qələbə qazanan “qırmızı-qaralar” 15 dəfə heç-heçə edib və 13 dəfə məğlub olub. Rəqiblərin son 5 oyununda uduzmayan “Qəbələ” bu matçlarda meydanı qolsuz da tərk etməyib. Heç-heçənin qeydə alındığı son 3 qarşılaşmada da azarkeşlər qol sevinci yaşayıb. Ötən il dekabrın 19-da keçirilən sonuncu qarşılaşmada (1:1) “Qəbələ”nin qoluna Ermin Zets imza atıb. “Qırmızı-qara” formada keçirdiyi 28 oyunda 7 dəfə fərqlənən bosniya və herseqovinalı hücumçu klub saytına açıqlamasında liderlə görüşdə yenə qol vurmağa iddialı olduğunu bildirib:

“Cari mövsümdə “Qarabağ”la iki dəfə qarşılaşmışıq. Bu üzdən bir-birimizi yaxşı tanıyırıq. Son matçda komandamın qoluna mən imza atmışdım. Yenə onların qapısına qol vuracağıma inanıram. Əlbəttə ki, bizi çox çətin oyun gözləyir. Çünki “Qarabağ” ölkənin ən yaxşı komandalarından biridir. Onlar bunu mövsümün arxada qalan hissəsində də göstəriblər. Biz əksər oyunlarda imkanlarımızdan istifadə edə bilməmişiksə, “Qarabağ” bütün şanslardan yararlanıb və bu üzdən Premyer Liqanın lideridir. Biz bu qarşılaşmaya qələbə qazanmaq üçün çıxacağıq. Əminəm ki, bunu bacara bilərik. Bu, bizim üçün çox vacib oyundur. Doğma meydanımızda oynamağımız da bizə əlavə üstünlük verir. Qalib gəlib, azarkeşlərimizi də sevindirməliyik”.

Zets 25-ci turun “Zirə” ilə ev oyunundakı 1:2 hesablı məğlubiyyət və bu üzdən də qalib gəlməli olduqlarını da qeyd edib: “Zirə”yə məğlubiyyətdən sonra 3 xal qazanıb, öz yolumuza uğurla davam etdirmək istəyirik. Həmin matça gəlincə, belə olmamalı idi. Belə yenilgini qəbul etmək də çox çətindir. Bütün oyunu daha yaxşı oynasaq da, sonda məğlub olduq. Bu halla ilk dəfə rastlaşmırıq. Dəfələrlə daha yaxşı çıxış etdiyimiz matçlarda xallar itirmişik. Belə məğlubiyyət azarkeşlərimiz, özümüz, hamı üçün çox gözlənilməz oldu. Həmin uğursuz oyundan sonra bütün futbolçular meydanda var qüvvəsini qoyacaq ki, qələbə qazanaq. Nəyə qadir olduğumuzu göstərmək üçün qalib gəlməliyik”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail