"Qəbələ"nin 9 futbolçusu milli komandalara çağırıldı

18.03.2016 | 3485 dəfə oxunub

Azərbaycan Premyer Liqasında milli komandaların oyunları ilə əlaqədar yaranacaq fasilə müddətində “Qəbələ”nin futbolçuları da yığmaların düşərgəsində olacaq.


Stadium.az xəbər verir ki, "Qırmızı-qaralar”ın 5 üzvü Azərbaycanın əsas milli komandasına çağırılıb. Müdafiəçilər Arif Daşdəmirov, Məhəmməd Mirzəbəyov, Pavel Paşayev, Ruslan Abışov, həmçinin yarımmüdafiəçi Rəşad Eyyubov baş məşqçi Robert Prosineçki tərəfindən milliyə dəvət olunub. Onlar martın 21-dən 27-dək Türkiyənin Antalya şəhərində keçiriləcək təlim-məşq toplanışında iştirak edəcəklər. Təmsilçilərimizin yer aldığı milli komanda martın 26-da Qazaxıstan yığmasına qarşı yoldaşlıq oyununda qüvvəsini sınayacaq.


Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət millisi isə Avropa çempionatının seçmə mərhələsində Rusiya ilə qarşılaşacaq. Martın 24-də Rostovda baş tutacaq qarşılaşma üçün açıqlanan heyətdə “Qəbələ”nin 3 üzvü var. Əsas komandamızın oyunçusu Elvin Camalovla yanaşı, əvəzedicilərin iki aparıcı futbolçusu Ehtiram Şahverdiyev və Bəhlul Mustafazadə də baş məşqçi Yaşar Vahabzadə tərəfindən yığmaya çağırılıb.


U-19 Liqada liderlik edən “Qəbələ”nin futbolçuları bu yaş qrupundan olan yığmanın təlim-məşq toplanışında iştirak edib. Martın 10-14-də Bakıda, 15-18-də Monteneqroda hazırlıq keçən millinin heyətində 5 təmsilçimiz səfərə yollanıb. “Qırmızı-qaralar”ın futbolçuları Elnur Orucov, Süleyman Süleymanov, Amin Seydiyev, Rövlan Muradov və Hacıağa Hacıyevin çıxış etdiyi yığmamız Monteneqro ilə 2 yoxlama oyununda da qüvvəsini sınayıb. Martın 15-dəki ilk matçda 3:2 hesabı ilə qalib gələn komandamız iki gün sonra 1:2 hesabı ilə uduzub. İlk qarşılaşmada millimizin qollarından ikisinə Rövlan Muradov imza atıb.


Bundan başqa, “Qəbələ”nin hücumçusu Ermin Zets Bosniya və Herseqovina millisinə çağırılıb. O, yığmasının heyətində martın 25-də Lüksemburqa, 4 gün sonra İsveçrəyə qarşı yoxlama görüşlərinə dəvər alıb.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail