"Qəbələ"nin rəsmi marşı - "Vur, vur, "Qəbələ" VİDEO

18.03.2016 | 3857 dəfə oxunub

“Qəbələ” İdman Klubunun rəmzləri sırasına futbol marşı da əlavə olunub.

Stadium.az xəbər verir ki, komandamızın rəsmi marşı yazılıb. Klubumuzun ilk belə marşının yazılması ötən ilin ikinci yarısına təsadüf edən 10 illik yubiley, həmçinin “Qəbələ”nin futbol meydanlarındakı uğurları ilə həmahəngləşib. Avrokuboklardakı ikinci mövsümündə UEFA Avropa Liqasının qrup mərhələsinə yüksələn, ölkə futbolunun liderlərindən birinə çevrilən, oyunu ilə azarkeşlərin ürəyinə yol tapan, tərəfdarlarından ibarət ordu formalaşdıran “Qəbələ”nin uğurları bu marşla biraz daha rənglənib və tarixiləşib. Marşın ərsəyə gəlməsində digər diqqətçəkən məqam marşın fərqli sərhədlərdə yaşayan türk triosu tərəfindən hazırlanmasıdır. Azarkeşləri coşduracaq marşın sözləri qəbələli ziyalı, filologiya elmləri doktoru, professor Abid Tahirliyə məxsusdur. Musiqisinin müəllifinin türkiyəli bəstəkar Mehmet Cem Ünal olduğu marşı ölkəmizdə də sevilən Cənubi Azərbaycan musiqiçilərindən ibarət “Barış” qrupu ifa edir. Marşın klipi isə "Qəbələ" TV tərəfindən hazırlanıb.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail