“Neftçi”nin bazasında son vəziyyət

19.03.2016 | 1965 dəfə oxunub

Azərbaycanın ən köklü klubu sayılan “Neftçi”nin tezliklə akademiyası olacaq.

Stadium.az xəbər verir ki, “ağ-qaralar”ın İsmət Qayıbov adına təlim-məşq bazasında apardığı yenidənqurma işləri tamamlanmaq üzrədi.


Jurnalistlərlə görüşən “Neftçi”nin icraçı direktoru Elnur Məmmədov bazada aparılan işlərlə bağlı ətraflı məlumat verib.


O bildirib ki, klubun baza daxilində 5 meydançası olacaq: “İşə dekabrda başlanılıb. Geniş sahədə görülən yenidənqurma işindən sonra təbii ot örtüyü tam hazırdı. Bu sahə 3 hissəyə bölünəcək və hər üçündə beynəlxalq standartlara cavab verən meydança olacaq. Meydançanın biri əsas komandanın məşqi üçün nəzərdə tutulub. Digər ikisindən isə “Neftçi”nin 14 yaşdan başlayaraq, aşağı yaş qrupları üzrə komandaları istifadə edəcəklər. Ola bilsin, aşağı yaş qrupları oyunlarını da burda keçirsinlər. Arxa tərəfdə daha bir meydança salınacaq. Ordan isə 14 yaşa qədərki aşağı yaş qruplarımız yararlanacaqlar”.


Bazada inzibati binanın tikilməsi də nəzərdə tutulub. Paltardəyişmə otaqlarının tikintisinə artıq başlanılıb. Bundan əlavə, bazanın ərazisində üstüqapalı, təbii örtüklü meydança da tikilib.


Elnur Məmmədov yeni qurulan akademiya ilə bağlı da danışıb: “Akademiya qururuq. Saunası, fitnes zalı olacaq. Binanın ikinci mərtəbəsi tam əsas komandanın olacaq. 3-cü mərtəbədə isə regiondan gələn uşaqlar yerləşəcək. Bundan əlavə, bazada istirahət guşəsi, park salınacaq. Bu, futbolçuların istirahəti üçün nəzərdə tutulub. Bazanın kafesi də olacaq. Valideynlər uşaqları məşqə gətirib, kafedə gözləyə biləcəklər. Onu da deyim ki, layihə yerli şirkətə həvalə olunub. “Neftçi”nin 80 illiyinə qədər bazanın tam hazır olması planlaşdırılır”. (Apasport)



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

03.06.2020

02.06.2020

01.06.2020

12:12  Günün oyunlarına necə baxaq? - TV AFİŞA

30.05.2020

21:35  Depay sağalıb

29.05.2020

   
  O Q H M T-f X
1. Qarabağ 17 11 5 1 31-7 38  
2. Neftçi 16 7 6 3 23-12 27  
3. Keşlə 16 7 5 4 20-14 26  
4. Sumqayıt 17 6 4 7 21-23 22  
5. Zirə 17 5 5 7 20-29 20  
6. Sabah 17 5 4 8 19-23 19  
7. Səbail 17 5 3 9 14-26 18  
8. Qəbələ 17 3 4 10 18-32 13  
08.02Qarabağ 0-0Neftçi
08.02Sumqayıt 1-0Zirə
07.02Sabah 3-2Qəbələ
07.02Keşlə 0-1Səbail
15.02Zirə -Qarabağ
15.02Sumqayıt -Sabah
16.02Neftçi -Keşlə
16.02Səbail -Qəbələ