"Bu barədə düşünmək istəmirəm"

19.03.2016 | 2085 dəfə oxunub

"Qarabağ" bu gün Azərbaycan Premyer Liqasının 26-cı turunun mərkəzi oyununda səfərdə "Qəbələ"yə 1:2 hesbıyla qalib gəldi. Stadium.Az xəbər verir ki, oyundan sonra Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov jurnalistlərin suallarını cavablandırıb:

- Vacib 3 xal qazandıq. Güclü və sonadək mübarizə aparan komandaya qarşı oynadıq. "Qəbələ"yə səfərdə qalib gəlmək bizim üçün önəmli nəticədir. Uğur əldə etmək istəyiriksə, hər görüşdə qələbə qazanmalıyıq. Komandamın yaxşı mübarizə apardığını və layiqli qələbə qazandığını düşünürəm.  

Düzdür, rəqib son oyunlarda elə də uğurlu nəticələr əldə etməyib. Lakin "Qəbələ" elə baş məşqçi və futbolçulara malikdir ki, istənilən anda oyununu bərpa edərək qələbələrini qazana bilər. Bu mənada önəmli qələbə qazandıq. Bizi bu stadionda sonadək dəstəkləyən azarkeşlərimizə də təşəkkür edirəm.

- Zədəsini sağaldan Reynaldonun bugünkü oyunda meydana çıxacağı gözlənilirdi. Ancaq siz bu gün ona şans vermədiniz...

- Bəli, açığı Reynaldonu bu gün meydana buraxmaq fikrim var idi. Lakin bir qədər ehtiyat etdim. Onu riskə atmaq istəmədim. Ancaq qarşıdakı görüşlərdə Reynaldonu meydana buraxacam. 

- Çempionluq yolunda əsas rəqiblərinizdən olan "Qəbələ"ni səfərdə məğlub edərək liderliyinizi bir qədər möhkəmləndirdiniz. Artıq çempionluq mübarizəsinin "Qarabağ" və "Zirə" arasında gedəcəyini söyləmək olar?

- Bu barədə düşünmək istəmirəm. Çünki qarşıda hələ 10 oyunumuz var. "Zirə" ilə aramızdakı xal fərqi 7-yə bərabərdir. Çempionluq haqda düşünmək futbolçuların oyununa mane ola bilər. Bu səbəbdən oyunumuzu daha da yaxşılaşdırmaq və hər görüşdə qələbə qazanamağa çalışacağıq.

- Artıq bir neçə oyundur ki, gənc futbolçu Mahir Mədətova şans verirsiniz. Onun əsas heyət oyunçusuna çevrildiyini söyləyə bilərik...

- Belə deməzdim. Biz rəqibə görə heyət müəyyənləşdiririk. Hər görüşdə heyətdə müəyyən dəyişikliklər olur. Mahir hələ gəncdir, üzərində daha çox çalışmalıdır. Qarşıdakı oyunlarda onun əvəzinə Coşqun Diniyevi və ya başqasını görə bilərsiniz. Mahir daha çox təcrübə toplamalıdır. 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

29.05.2020

28.05.2020

27.05.2020

26.05.2020

24.05.2020

12:34  Günün oyunlarına necə baxaq? - TV AFİŞA

22.05.2020

   
  O Q H M T-f X
1. Qarabağ 17 11 5 1 31-7 38  
2. Neftçi 16 7 6 3 23-12 27  
3. Keşlə 16 7 5 4 20-14 26  
4. Sumqayıt 17 6 4 7 21-23 22  
5. Zirə 17 5 5 7 20-29 20  
6. Sabah 17 5 4 8 19-23 19  
7. Səbail 17 5 3 9 14-26 18  
8. Qəbələ 17 3 4 10 18-32 13  
08.02Qarabağ 0-0Neftçi
08.02Sumqayıt 1-0Zirə
07.02Sabah 3-2Qəbələ
07.02Keşlə 0-1Səbail
15.02Zirə -Qarabağ
15.02Sumqayıt -Sabah
16.02Neftçi -Keşlə
16.02Səbail -Qəbələ