Millimizin eks baş məşqçisi: "Azərbaycanın harda yerləşdiyini bilmirdim"

21.03.2016 | 3700 dəfə oxunub

Azərbaycanın U-19 millisinin eks baş məşqçisi Nikolay Adam “goal.com” saytına müsahinə verib. Stadium.Az xəbər verir ki, Hazırda Hindistanın U-17 millisində baş məşqçi olan Adam müsahibəsində Azərbaycandakı iş günlərindən də danışıb:

"Cənubu Afrika Respublikasından təklifim vardı və müsbət cavabımı vermişdim. Bununla belə, iki gün sonra Almaniya Futbol Federasiyasından məni Azərbaycana göndərmək istədiklərini dedilər. Düzü, hətta oranın harada yerləşdiyini bildirdim. Bu, mənim üçün yeni bir sınaq idi.

Belə olan halda, Azərbaycanı seçdim. Çünki bu, karyeramda yeni bir mərhələ olacaqdı. 2010-cu ilin yayında Azərbaycana yollandım və orada yaxşı vaxtlarım oldu. A lisenziyalı kurslar da keçirdim. AFFA-nın baş katibi mənə U-15 və U-16 milli komandalarının baş məşqçisi kimi işləməyi təklif etdi. Mən də "hə” cavabını verdim. Azərbaycan xalqı çox qonaqpərvərdir. Onlar mənə yaxşı qayğı göstərdilər. Fikrimcə, Azərbaycanda yaxşı iz buraxdım. İndi onlarda məşqçilik kursu üzrə yaxşı mütəxəssis var. Hazirda Pro və A, B, C lisenziyaları üzrə yaxşı azərbaycanlı təlimatçılara malikdirlər. Əvvəllər isə belə bir mütəxəssisləri yox idi.

Mənim bir məşqçi kimi Azərbaycanda ən böyük uğurum U-19 yığmasını elt-raunda çıxarmağım oldu. Bu komandada 1996-cı il təvəllüdlü futbolçular çıxış etməli idi. Amma biz 1997-cı il təvəllüdlülərlə oynamağa üstünlük verdik. Çünki məhz bu yaş qrupunda yaxşı futbolçular var idi. İndi onlardan biri Azərbaycanın əsas yığmasındadır. Bu, Elnur Cəfərovdur. Əsas yığmada ötən il oktyabrında Robert Prosineçkinin rəhbərliyi altında debüt etdi. Mən həmin dövrlə çox fəxr edirəm”.
 
Almaniyalı mütəxəssis Azərbaycanda eyni vaxtda təlimatçı və məşqçi kimi çalışmasının səmərəli olduğunu da vurğulayıb: "Təlimatçı olduqda daha çox nəzəriyyəyə yer verirsən. Məşqçi kimi isə sən gündəlik fəaliyyətə bağlanırsan. Azərbaycandakı işimin yaxşı tərəfi o oldu ki, hər iki işi bir arada gördüm. Bu isə ideal məzmunlu oldu". 
  



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail