Fikrət Orman: "Yıldırıma nə söz verildiyini əlaqəli adamlardan soruşmaq lazımdır"

21.03.2016 | 2857 dəfə oxunub

Martın 20-ə planlaşdırılan "Qalatasaray" - "Fənərbaxça" derbisinin təhlükəsizlik məsələlərinə görə təxirə salınması bəzi söz-söhbətlərə yol açdı.

Stadium.Az xəbər verir ki, xüsusilə "sarı lacivəslilər"in prezidenti Aziz Yıldırımın "Braqa" matçından sonra yorğunluq səbəbindən derbinin başqa tarixdə təşkil olunmasını istədiyi iddia olunur.

"Qalib gələcəyik, buna məcburuq. Çempion olmaq istəyirikcə, qalib gəlməliyik. UEFA-da güclənəcəyik. Türkiyə Futbol Federasiyası söz vermişsə, yerinə yetirməlidir. İsmarıcımı alacaqlar, yəqin".

Bu sözləri martın 19-u Yıldırım demişdi. Derbinin yeni vaxtı aprelin 28-dir. Son hadisələrə "Beşiktaş"ın prezidenti Fikret Orman da münasibət bildirib. Orman bunları deyib:

"Oyunun təxirə salınması terror təhlükəsinə görədir. Şükürlər olsun, "Beşiktaş" xətasız-bəlasız oyununu başa vurdu. "Qalatasaray" - "Fənərbaxça" matçının Daxili İşlər Nazirliyinin sorğusu ilə təxirə salındığını eşitdim. Dövlət səbəbsiz yerə belə şey istəməz. Şübhələrə inanmaq istəmirəm. Guya bunlar 3 gün öncə danışılıb, filan. Türkiyədə futbolun idarə olunması federasiyanın əlindədir. Aziz Yıldırım son açıqlamasında söz verdiklərindən bəhs edir. Biz yalnız məşqçilər və futbolçularımızdan alırıq. Yıldırıma nə söz verildiyini əlaqəli adamlardan soruşmaq lazımdır".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail