AFFA-dan 3 futbolçuya 1 illik cəza

22.03.2016 | 3385 dəfə oxunub

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.

Stadium.az xəbər verir ki,  birinci divizionun 18-ci turunda keçirilən“Neftçala” – “Turan Tovuz” , “Şahdağ” – “Ağsu”  və “Mil-Muğan” – “Şəmkir” matçlarında baş vermiş dava ilə  əlaqədar qərarlar açıqlanıb.

"Neftçala" klubunun  futbolçusu Aqşin Həşimov rəqibə qarşı sərt davranışa və  baş vermiş hadisənin əsas səbəbkarı olmasına görə, 12 aylıq yarışlardan kənarlaşdırılıb, klub 1500 manat cərimə olunub.

Baş vermiş davada aktiv iştirak etdiyinə görə " Turan Tovuz " klubunun  futbolçu Afin Bağırov və "Neftçala" klubunun  futbolçu Cəmil Rəhimli 5 oyunluq cəzalanıb və hər iki klub 300 manat cərimə olunub.

I Divizionun XVIII turunun “Şahdağ” – “Ağsu” matçının 83-cü dəqiqəsində hakim "Ağsu" klubunun qapısına 11 metrlik cərimə zərbəsi təyin edib və klubun  futbolçusu Ruslan Həsənovu sonuncu ümid fouluna görə meydandan kənarlaşdırır. Hakim cəzalanan futbolçu meydanı tərk etməmiş rəqib komandaya 11 metrlik cərimə zərbəsini vurmağa icazə verib və rəqib qol vurub. Bundan sonra "Ağsu" klubunun inzibatçısı Ənvər Hacıyev tribunadan meydana daxil olaraq hakimə etirazını bildirib, hakim isə öz növbəsində  11 metrlik cərimə zərbəsininin təkrar vurulması qərarını qəbul edib. "Şahdağ" klubunun futbolçusu  ikinci cəhddə topu qapıdan keçirə bilməyib və  "Ağsu" klubunun  futbolçusu Bəhram Bəhramzadə əllərini havaya qaldıraraq sevinib (hərəkətdə heç bir qeyri-etik jest yoxdur).  "Şahdağ" klubunun  futbolçusu Şıxqayıb Şıxqayıbov "Ağsu" klubunun  futbolçusuna hücum çəkib və bu hərəkəti ilə azarkeşlərin meydana daxil olmasına və oyunda fasilə yaranmasına səbəb olub. Matç sona kimi oynanılıb. 

İntizam Komitəsi oyunun videoyazısını izləyib  və aşağıdakı qərarları qəbul edib:

"Şahdağ" klubun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat məbləğində cərimə olunub. 

Oyunun 83-cü dəqiqəsində "Ağsu" klubunun   futbolçusu Ruslan Həsənov sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 20 manat cərimə olunub.
Oyunun 87-ci dəqiqəsində "Ağsu" klubunun  futbolçusu Bəhram Bəhramzadəyə qeyri-etik jestə görə göstərilən qırmızı vərəqə ləğv edilib.

"Şahdağ" klubunun  futbolçusu Şıxqayıb rəqibə qarşı sərt davranışa və  baş vermiş hadisənin əsas səbəbkarı olmasına görə, 12 aylıq yarışlardan kənarlaşdırılıb, klub 1500 manat cərimə olunub.

"Ağsu" klubunun inzibatçısı Ənvər Hacıyev (oyunun hakim səhvən protokolda texniki zonada əyləşən klubun digər inzibatçısı Aqil Sarıyevin adını yazmışdır)  baş vermiş hadisənin əsas səbəbkarlarından biri olmasına görə, 12 aylıq yarışlardan kənarlaşdırılıb, klub 1500 manat cərimə olunub.

Oyun zamanı təhlükəsizlik tam təmin olunmadığına görə meydan sahibi klub 500 manat cərimə olunub.

I Divizionun XVIII turunun “Mil-Muğan” – “Şəmkir”  matçı başa çatdıqdan sonra "Mil-Muğan" klubunun   futbolçusu Elxan  Məmmədov "Şəmkir" klubunun texniki zonasına yaxınlaşaraq  "Şəmkir" klubunun  futbolçusu Qeyrət Qənbərova hücum çəkib, ona xəsarət yetirib, azarkeşlərin meydana daxil olmasına və  hər iki klub arasında qarşıdurmaya  səbəb olub. Baş vermiş insident qısa zamanda aradan qaldırılıb.

İntizam Komitəsi baş vermiş hadisəyə uyğun olaraq aşağıdakı qərarları qəbul edib:

Hər iki klubun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klublar 100 manat məbləğində cərimə olunub.

Oyunun 88-ci dəqiqəsində "Şəmkir" klubunun  futbolçusu Bəhruz Teymurov idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 20 manat cərimə olunub.

"Mil-Muğan" klubunun  futbolçusu Elxan Məmmədov rəqibə qarşı sərt davranışa və  baş vermiş hadisənin əsas səbəbkarı olmasına görə, 12 aylıq yarışlardan kənarlaşdırılıb, klub 1500 manat cərimə olunub. Oyun zamanı təhlükəsizlik tam təmin olunmadığına görə meydan sahibi klub 500 manat cərimə olunub. 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail