"Azərbaycan yığmasında yaxşı futbolçular çıxış edir"

26.03.2016 | 3712 dəfə oxunub

"Azərbaycan millisini təhlil edirik. Ötən oyunların videoyazısını izləməklə rəqibin güclü və zəif tərəflərini öyrənməyə çalışırıq. Bu yoldaşlıq görüşü olduğu üçün Azərbaycan millisi yeni oyun üslubuna əl ata bilər. Lakin istənilən halda, rəqibi analiz etmək və futbolçular haqda məlumat toplamaq məşqçilər korpusunun işidir".

Stadium.az xəbər verir ki, bu sözləri Qazaxıstan millisinin məşqçisi Nurken Mazbayev ölkəsinin mətbuatına açıqlamasında deyib.

Bu gün beynəlxalq yoldaşlıq görüşü çərçivəsində qarşılaşacaqları Azərbaycan millisi haqda danışan Mazbayev bunları bildirib:

"Azərbaycan yığmasında yaxşı futbolçular çıxış edir. Bunlardan Almaniya II Bundesliqasında oynayan Dmitri Nazarovu qeyd etmək olar. Bilirik ki, Azərbaycan futbolunda inkişaf var, bu idman növünə maliyyə yatırılır. Ancaq düşünürəm ki, bizim futbolçular heç bir göstəricidə rəqibə uduzmur. Matça gəlincə hücum və ya müdafiə futbolu oynanılacağını söyləmək olmaz. Bunu matç göstərəcək. Biz hazırda Avropada olduğu kimi balanslaşdırılmış futbol oynamağa çalışacağıq".

Qeyd edək ki, bu gün keçiriləcək Azərbaycan - Qazaxıstan oyunu Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail