İngiltərə və Ukrayna milliləri Bakıya gəlir

28.03.2016 | 3094 dəfə oxunub

17 yaşadək futbolçulardan ibarət milli komandalar arasında Bakıda keçiriləcək Avropa çempionatına vəsiqə qazanan daha iki ölkənin adına aydınlıq gəlib.

Stadium.Az xəbər verir ki, bunlar İngiltərə və Ukrayna yığmalarıdır. Hər iki komanda elit-raundun İngiltərədə keçirilən 2-ci qrupunda ilk 2 turun nəticələrinə əsasən, bu hüquqa yiyələniblər. Qrup autsayderləri Finlandiya və Türkiyəni Ukrayna 3:0, İngiltərə isə müvafiq olaraq 1:0 və 3:1 hesabı ilə yenib. Martın 29-da qrupun şərikli liderləri arasında son turun oyunu keçiriləcək. Nəticədən asılı olmayaraq, İngiltərə və Ukrayna mayın 5-də Azərbaycan paytaxtında start götürəcək final mərhələsinə qatıla biləcək. 

Avropa çempionatının 16 iştirakçısından yarısının adına aydınlıq gəlib. Daha öncə Portuqaliya, İsveç, Belçika, İtaliya, Bosniya və Herseqovina, eləcə də təşkilatçı Azərbaycan milliləri də bu hüquqa yiyələnib.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail