Rəşad Sadıqov: "Bu, o demək deyil ki, burada millinin oyununun təsiri oldu"

20.10.2011 | 5096 dəfə oxunub

Premyer Liqanın 10-cu turunda səfərdə "Simurq"la qarşılaşacaq "Qarabağ"ın üzvü Rəşad Sadıqov fikirlərini bölüşüb.

Təcrüəbli müdafiəçi Stadium.az-a açıqlamasında Zaqatala yalnız qələbə üçün getdiklərini bildirib:

"Bilirik ki, bizi çətin oyun gözləyir. "Simurq" son iki turdur ki, məğlub olur, buna görə də, bizimlə qarşılaşmadan mütləq xal qazanmaq niyyətindədirlər. Bu mənada, bizim üçün ağır oyun olacaq.

"Simurq" yaxşı komandadır. Onların güclü və zəif cəhətlərini yaxşı analiz etmişik. Kollektiv futbol nümayiş etdirirlər. Bir futbolçu səhv etdiyi zaman digəri bunu düzəldir. Buna baxmayaraq, Zaqatalaya qələbə üçün gəlmişik və ümid edirəm ki, bunu bacaracağıq".

Millimizin kapitanı olan Rəşad Sadıqov "Qarabağ"ın yığma komandaların matçlarından sonra xal itkisi ilə üzləşməsi ilə bağlı deyilən fikirlərə də münasibət bildirib:

"Rəvan"la oyunda komanda çox yaxşı oyun göstərdi. Çox yüksək tempdə oynadıq və 90 dəqiqə hücum etdik. Son saniyədə adi bir səhvdən qol buraxıb xal itirdik. Bu isə o demək deyil ki, burada millinin oyununun təsiri oldu. "Simurq"a qalib gələrək göstərəcəyik ki, "Qarabağ"da artıq belə bir problem yoxdur".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail