Prosineçkinin biabırçı qərarı

29.03.2016 | 3873 dəfə oxunub

Azərbaycan milli komandasının baş məşqçisi Robert Prosineçki Qazaxıstan yığması ilə yoldaşlıq görüşündə öz klublarında müntəzəm çıxış etməyən bir çox futbolçuya yer verib.

Stadium.Az xəbər verir ki, xorvatiyalı mütəxəssisin şans verdiyi 17 futbolçudan 13-ü 2016-cı ildə çempionat qarşılaşmalarında sonadək meydanda olmayıb.

Onların yalnız 4-ü mövsümün ikinci yarısında, başqa sözlə son 8 turda keçirilmiş oyunları əvəz olunmadan başa vurub. 720 dəqiqəlik maksimum göstərici "Qarabağ"da çıxış edən Bədavi Hüseynov, Maksim Medvedev, "Kəpəz"in heyətində forma geyinən Namiq Ələsgərov və Tərlan Quliyevə məxsusdur. Lakin onlardan ilk 2-si Qazaxıstana qarşı start heyətində meydana daxil olub. B.Hüseynov oyunu əvəzolunmadan keçirib. M.Medvedev isə yerini ikinci hissədə Məhəmməd Mirzəbəyova verib. M.Mirzəbəyovu "Qəbələ"nin heyətində son 8 oyunluq maksimum göstəricidən cəmi 10 dəqiqə ayırır. O, 720 dəqiqənin 710-da komandasının uğuru üçün çalışıb. Son 8 oyunun hamısında meydanda olan N.Ələsgərov aktivində 288 dəqiqə olan Əfran İsmayılovu 61-ci, T.Quliyev isə Premyer Liqada bu il 540 dəqiqə meydanda olmuş kapitan Rəşad Sadıqovu 46-cı dəqiqədə əvəzləyib.

B.Hüseynovdan başqa Kamran Ağayev, Arif Daşdəmirov, Ruslan Qurbanov və Dmitri Nazarov da yoldaşlıq görüşünü əvəz olunmadan keçirib. Halbuki adıçəkilən oyunçuların klublarındakı çıxışlarına nəzər salsaq, 2016-cı ildə Nazarovun "Karlsrue"nin heyətində cəmi 180 dəqiqə meydanda olduğunu görərik. K.Ağayevdə bu göstərici 450, A.Daşdəmirovda 715, R.Qurbanovda isə 589 dəqiqədir.

Millinin heyətində çıxış edən futbolçulardan Ruslan Abışov, Cavid Tağıyev və Elvin Məmmədov da oyuna əvəzetmədən daxil olub. Hər üç futbolçunun 2016-cı ildə çempionatda meydanda olma göstəriciləri aşağıdır. R.Abışov 270, E.Məmmədov 315, C.Tağıyev isə cəmi 75 dəqiqə oynayıb. Maraqlı məqam R.Abışovun Q.Qarayevi, E.Məmmədovun Araz Abdullayevi əvəzləməsi yox, komandasının heyətində 8 oyunun 7-də forma geyinən Ağabala Ramazanovun yerinə oyun praktikası hamıdan aşağı olan C.Tağıyevin meydana daxil olmasıdır. 

Ad və soyadı12345678CƏMİ
Kamran Ağayev----------9090909090450
Bədavi Hüseynov9090909090909090720
Arif Daşdəmirov909090905 (86)909090715
Ruslan Qurbanov81 (S)90----9061 (S)87 (S)9090589
Dmitri Nazarov33 (57)29 (61)---44 (46)------74 (S)---180
Maksim Medvedev(-46)9090909090909090720
Rəşad Sadıqov (-46)909090909090------540
Qara Qarayev(74)25 (75)2 (88)----3060 (S)909090387
Araz Abdullayev(-69)909090905 (86)909090715
Əfran İsmayılov(-61)75 (S)22 (68)90+226 (64)40 (50)7 (83)16 (74)12 (78)288
A. Ramazanov (-46)90----9079 (S)90909090619
M. Mirzəbəyov(+46)909090909085 (S)85 (S)90710
Tərlan Quliyev(+46)9090909090909090720
Ruslan Abışov(+74)-----------------909090270
Elvin Məmmədov(+69)909014 (S)-------------31 (59)90315
Namiq Ələsgərov (+61)9090909090909090720
Cavid Tağıyev (+46)37 (63)22 (68)1( 90+2)--------15 (75)------75

Öz klublarında 90-cı dəqiqə və ya uzatma dəqiqələrində oyuna daxil olanların meydanda qalma müddəti 1 dəqiqə götürülüb.  (Report)



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail