Adil Şükürov: "Nurlan Novruzov çox çalışsa da, onun yoxluğunu unutdura bilmədi"

30.03.2016 | 3083 dəfə oxunub

"Zirə" Azərbaycan Premyer Liqasının 27-ci turunda səfərdə “Kəpəz”ə 2 cavabsız qolla məğlub oldu. Stadium.Az xəbər  verir ki, komandanın baş məşqçisi Adil Şükürov məğlubiyyəti belə dəyərləndirib:

"Nelson Bonilyanın yoxluğu göz önündə idi. Bu üzdən də ön xəttdə "dişsiz" görünürdük. Nurlan Novruzov çox çalışsa da, onun yoxluğunu unutdura bilmədi. Gəncədə oynamaq həmişə çətin olub. Şəhərin böyük futbol ənənələri var. Şahin Diniyev deyib ki, "Kəpəz" nə kiçik komanda deyil, nə də böyük. Amma məncə, "Kəpəz" doğrudan da böyük komandadır. Bu gün heç də hər şey bizim istədiyimiz kimi alınmadı. Məsələn, penalti planlarımıza daxil deyildi. Yeri gəlmişkən, penalti qərarını düzgün hesab edirəm. Qıraqdan cərimə meydançasında futbolçuya toxunuş olduğu görünürdü".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail