Zaur Svanadze: "Bu gün problemlərimiz çox idi"

31.03.2016 | 3336 dəfə oxunub

"İnter" Azərbaycan Premyer Liqasının 27-ci turunda doğma meydanda "Neftçi" 1:0 hesabıyla məğlub oldu. Stadium.Az xəbər verir ki, oyundan sonra komandanın baş məşqçisi Zaur Svanadze qarşılaşma barədə belə danışıb:

"O qədər də yaxşı oynamadıq. Qol imkanlarımız oldu, amma istifadə edə bilmədik. Komandada zədəli, xəstə futbolçular var. Bu gün problemlərimiz çox idi. Nika Kverkveskiri millidə olduğu üçün oynamadı. O da olmayanda meydanın mərkəzində boşluq olur. Gənc futbolçulardan xəstə olanı var. Düşünürdük ki, Nizami Hacıyev oyuna hazırdır. Amma yenə də sıradan çıxdı. Onun indiki vəziyyətinə isə həkim müayinəsindən sonra aydınlıq gələcək. Ehtiyat oyunçular skamyası da oyuna öz təsirini göstərir. Gənc futbolçularımız əvəzedici heyətdə oynadığı üçün bu oyunda olmadılar".




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail