"Neftçi" uğursuzluğa son qoydu

31.03.2016 | 3155 dəfə oxunub

“Neftçi” Azərbaycan Premyer Liqasındakı qələbəsiz oyunlar seriyasına son qoyub. Stadium.Az xəbər verir ki,  son 5 matçda qalib gəlməyən paytaxt klubu XXVII turun “İnter”lə görüşündə 1:0 hesabına sevinib. 


Sonuncu dəfə fevralın 13-də “Xəzər Lənkəran”la görüşdə 3 xal qazanan “ağ-qaralar” həmin 1:0 hesablı qələbədən sonra 4 dəfə uduzub, 1 dəfə heç-heçə edib. 47 gündən sonra qalib gələn “Neftçi” cari mövsüm üzləşdiyi 6 matçlıq seriyanın təkrarlanmasına imkan verməyib. Belə ki, Azərbaycanın ən titullu klubu V-X turlarda ardıcıl 6 görüşdə qələbə qazanmamışdı. Həmin müddətdə 3 heç-heçə edib, eyni sayda uduzan bakılıların antirekordu isə mövsümün əvvəlində rəsmiləşib. Ötən çempionatın son 7 oyununda qələbəyə həsrət qalan “Neftçi” cari mövsümün ilk 2 turunda bu seriyanı 9-a çatdırmışdı. (pfl)



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail