"Qəbələ"dən yeni rekord

01.04.2016 | 3322 dəfə oxunub

AFFA-nın aşağı yaş qrupundan olan komandaların arasında keçirdiyi liqalarda növbəti oyunlar keçirilib. Stadium.Az xəbər verir ki, "Qəbələ"nin U-19 komandası rekorda imza atıb. 

Liqanın 18-ci turunda səfərdə “Rəvan”la qarşılaşan “Qəbələ” 13:0 hesabı ilə qalib gəlib. Rəqib ötən mövsüm bu yaş qrupu üzrə ölkə çempionu olsa da, “qırmızı-qaralar” liqada mövsümün ən böyükhesablı qələbəsini qazanıb. Əvvəlki rekord da məhz “Qəbələ”yə məxsus idi. Komanda AZAL-a 7 cavabsız qol vurub. 16 oyunda 43 xal toplayan U-19 komandası yarışın vahid lideridir.

Səfərdə keçirdiyi son turda “Neftçi”ni 5:1 hesabı ilə məğlub edən U-16 komandası da eyni rekordun sahibidir. “Qırmızı-qaralar” hələ ötən tur evdə AZAL-ı 13:0 yenib. U-19 kimi U-16-nın da 13 cavabsız qolla qələbəsi mövsümün rekordudur. I turda “Kəpəz”i 12:0 hesabı ilə məğlub edən “qırmızı-qaralar” özünün rekordunu yeniləyib. Keçirdiyi 24 matçın hamısında qalib gələn “Qəbələ” artıq çempionluğu indidən təmin edə bilər. Bunun üçün ya komanda növbəti turda qalib gəlməli, ya da liderə çatmaq imkanı olan “Əlincə” təxirə salınmış oyunlarından birində uduzmalıdır.

U-17 23-cü turda “Turan”la qarşılaşıb. 5 cavabsız qolla qalib gələn “Qəbələ” xal hesabını 53-ə çatdırıb. Komanda 2-ci pillədə qərarlaşsa da, liderdən 2 oyun az keçirdiyindən liqanın potensial lideridir.

Son turda “İnter”i 3:0 hesabı ilə məğlub edən U-15 komandası da çempionluğu təmin etməyə çox yaxındır. 29 turdan sonra 85 xala malik "Qəbələ" 1-ci yeri növbəti matçda rəsmiləşdirə bilər.

Paytaxt regionunun Bakı zonasında çıxış edən U-14 “Vətən” RİOEUG ilə heç-heçə edib – 2:2. 18 oyunda 37 xal toplayan “Qəbələ” 2-ci pillədə qərarlaşıb. Eyni zonada çıxış edən U-13 “Qarabağ”ı 1:0 hesabı ilə məğlub edib. 16 oyunda 33 xal toplayan komanda 2-ci pillədəki mövqeyini qoruyub. (klub saytı)



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail