Milli Məclisdə danışılmış oyunlar müzakirə ediləcək

01.04.2016 | 3079 dəfə oxunub

"Danışılmış oyunların araşdırılması məsələsi daha çox mənə aiddir. Təəssüf ki, bizim işimiz qənəatbəxş deyil. Gördüyüm işdən məmnun deyiləm”.

Stadium.az xəbər verir ki, bunu açıqlamasında AFFA-nın hüquq və kadrlar şöbəsinin rəisi Rəmiş Malıyev deyib.

Onun sözlərinə görə, şübhəli oyunlarla bağlı araşdırmalarda nəticənin olmamasının obyektiv səbəbləri daha çoxdur: "Təbii ki, subyektiv səbəblər də ola bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinə dəyişiklikə bağlı tərəfimizdən layihə hazırlanır. Bunu iyunda Milli Məclisə təqdim edəcəyik. Azərbaycan özü də Avropa Şurası çərçivəsində "İdman oyunlarının nəticələrinin manipulyasiyası” konvensiyasına qoşulub. Artıq qanunvericilikdə bu dəyişiklik olandan, bizə müəyyən məlumat daxil olandan sonra sənədləri hüquq-mühafizə orqanlarına göndərəcəyik. Onlar araşdırmaya başlayacaq, biz də yardımçı olacağıq. Güman edirəm ki, nəticələr olacaq”.

R.Malıyev bəzi mətbu orqanların danışılmış oyunlarla bağlı yazılara da münasibət bildirib: "Mətbuat nəyəsə əsaslanaraq, bəzən də heç bir şeyə əsaslanmayaraq filan oyunun final ölkədə "stavka”ya qoyulduğunu yazır. Bu, belədirsə, girib şəklini çəkmək, sübut qoymaq olar. Bunu da eləmirlər. Biz də işlərimizi birbaşa UEFA ilə koordinasiya edirik. Hər hansı şübhəli oyun olanda, UEFA-ya müraciət edirik. Mərkəzləşmiş bettinq şirkətləri, onların sistemi var. Ora həyəcanlı oyun daxil olan kimi məlumat gəlir, ordan da bizə ötürülür”.

Azərbaycanda daha çox I Divizion qarşılaşmalarının danışılmış olmalarına dair iddialar irəli sürülür.   (report)



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail