AZAL-da ciddi itkilər

02.04.2016 | 3174 dəfə oxunub

Premyer Liqasının XXVII turunda “Qəbələ” üzərində qələbə qazanan AZAL Avropa Liqasına vəsiqə şansını artırıb. Stadium.Az xəbər verir ki, “təyyarəçilər” həftəsonu daha bir əsas rəqiblərindən olan “Kəpəz”lə üz-üzə gələcəklər.

Gəncə klubu ilə qarşılaşmanın hazırlıqlarını davam etdirən paytaxt təmsilçisi heyətlə bağlı problemlər yaşayır. Tagim Novruzov və Seymur Əsədovu mövsümün sonuna qədər itirən baş məşqçi Tərlan Əhmədov “Kəpəz”lə görüşdə daha 3 oyunçunun xidmətindən məhrum qala bilər.

Zədədən yenicə dönməsinə baxmayaraq, “Qəbələ” ilə oyunun birinci hissəsində yenidən topuğundan xəsarət alaraq əvəzlənən Kamal Mirzəyevin durumu qeyri-müəyyəndi. Hələlik yüngül məşqlərlə kifayətlənən 20 yaşlı yarımmüdafiəçi “Kəpəz”lə qarşılaşmanı buraxa bilər.

Həmçinin müdafiəçi Rail Məlikov və yarımmüdafiəçi İlqar Ələkbərov da zədədən əziyyət çəkirlər. Lakin artıq kollektivlə birlikdə məşqlərdə iştirak edən adıçəkilən futbolçularla bağlı son qərarı oyun saatında məşqçilər korpusu verəcək.

Aprelin 3-də keçiriləcək AZAL – “Kəpəz” oyunu saat 15:00-da başlayacaq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail