AFFA Raulu mükafatlandırdı

21.10.2011 | 5597 dəfə oxunub

Ötən mövsüm 23 qolla «Azercell U-17 Liqa»nın bombardiri olmuş «Bakı» FK-nın futbolçusu Raul Yaqubzadə bu gün AFFA tərəfindən mükafatlandırılıb. 

Stadium.az xəbər verir ki, futbolçunun ötən il məzun olduğu 313 saylı orta məktəbdə AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin rəisi Mikayıl Nərimanoğlununiştirakı ilə keçirilən tədbirdə əvvəlcə məktəbin direktoru Zakir Bayramov çıxış edib. O, bildirib ki, orta təhsilini ötən il başa vurmuş Raul Yaqubzadənin «Azercell U-17 Liqa»da qazandığı uğur 313 saylı məktəbin müəllim kollektivinin və bütün şagirdlərinin böyük sevincinə səbəb olub. Tədbirin məktəbdə təşkil olunmasına görə Zakir Bayramov AFFA-ya minnətdarlığını bildirib.

AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin rəisi Mikayıl Nərimanoğlu çıxış edərək Raul Yaqubzadəni təbrik edib, ona gələcəkdə də böyük uğurlar qazanmasını, ölkədaxili və beynəlxalq yarışlarda vurduğu qollarla azarkeşləri sevindirməyə nail olmasını arzulayıb.

Çıxışlar başa çatdıqdan sonra Raul Yaqubzadəyə AFFA-nın hədiyyələri təqdim olunub.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail