Şahin Diniyev: “Bu oyun bizim üçün faciə oldu”

03.04.2016 | 2528 dəfə oxunub

Bu gün Azərbaycan Premyer Liqasının 28-ci turunda “Kəpəz” səfərdə AZAL-a 3 cavabsız qolla məğlub oldu. Stadium.Az xəbər verir ki, oyundan sonra komandanın baş məşqçisi Şahin Diniyev matç barədə belə danışıb:

- AZAL-ı qələbə münasibətiylə təbrik edirəm. Bu gün hesabdan yox, amma oyundan razı qaldım. Hesab oyuna görə olmadı. 28-ci tur bizim üçün faciəvi oldu. Biz btün oyun boyu hücum futbolu oynadıq. Belə oyun oynayıb 3 cavabsız qolla məğlub olmaq çox pisdir.

- Sizə elə gəlmirmi ki, AZAL kimi komandaya qarşı bu stadionda hücum futbolu oynamaq elə məğlubiyyətin təməlini qoymaq idi?

- Oyundan sonra çox bəhanə gətirmək olar. Bu isə bizə yaraşmaz. Fakt odur ki, məğlub olmuşuq. İlk hissədə 3 qol vəziyyəti yaratdıq, amma istifadə edə bilmədik. İkinci hissədə isə hücum etməyə məcbur idik. Bir epizodda ilk hissədə qol vura bilsəydik, oyunun məcrası tam başqa yerə gedəcəkdi.

- Komandanızın futbolçuları fərdi oyuna üstünlük verirdilər, bu isə böyük səhvlərə gətirdi çıxartdı. Bu barədə oyunçularınıza xəbərdarlıq etdiz?

- Oyunçulara xəbərdarlığımı etdim. Hesab oyuna görə olmadı. Kimsə nəsə etmək istəyirdi, amma bu meydanda istədiyini etmək çox çətin məsələdir. Xırda səhvlər qaçılmaz olur. Ancaq rəqib bundan çox lazımınca yararlana bildi. Məndə sizinlə tam razıyam ki, futbolçular fərdi oyuna üstünlük verdilər. İndi bir qədər özümü təmkinli aparmağa çalışdım, amma bu barədə onlarla söhbətim olacaq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail