"Neftçi" hələ belə bərbad olmamışdı

04.04.2016 | 2469 dəfə oxunub

Premyer Liqasının XXVIII turunda “Rəvan”la qarşılaşan “Neftçi” mövsümdə 11-ci məğlubiyyətini alıb. Stadium.Az saytının məlumatına görə, bununla, paytaxt təmsilçisi antirekordunu yeniləyib.

Belə ki, ölkənin ən titullu klubu çıxış etdiyi Azərbaycan çempionatlarında heç vaxt eyni mövsümdə 11 dəfə uduzmamışdı. Düzdü, 1993/94 mövsümünün turnir cədvəlində bakılıların hesabında 12 yenilgi əks olunub. Amma bu, heç də “Neftçi”nin məğlub olması sayəsində gerçəkləşməyib. 22 qarşılaşmada 4 dəfə uduzan “ağ-qaralar” çempionatda iştirakdan imtina etdiyi üçün son 8 görüşdə texniki məğlubiyyət alıb. Hətta həmin vaxt narazılar fərqli çempionat da təşkil etmək istəyinə də düşmüşdü.

Həmin qeyri-adi halı nəzərə almasaq, paytaxt təmsilçisi ən pis halda 10 dəfə uduzmuşdu. Bu da 2013/14 mövsümündə qeydə alınıb. Həmin vaxt 36 görüşdə 10 dəfə xalsız qalan “ağ-qaralar” sonda 4-cü olmuşdu.

Bundan başqa, “Neftçi”nin 9 məğlubiyyətlə bitirdiyi mövsümlər də olub. 1997/98 mövsümündə 26 matçda 9 dəfə uduzan Bakı klubu 6-cı olmuşdu. 2011/12 mövsümündə isə 32 görüşdə alınan 9 məğlubiyyət çempionluq tituluna mane olmamışdı. Paytaxt təmsilçisi ötən çempionatda da 32 qarşılaşmadan 9-da xalsız qalmışdı.

Cari mövsümdə sona 8 tur qalmış məğlubiyyət sayında antirekorda imza atan bakılılar nəticəsini daha da pisləşdirə də bilər. Çünki sonuncu dövrədə “Neftçi” yalnız autsayderlə qarşılaşıb və digər klublarla oyunlar qalıb. (Apasport)



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail