Rail Məlikov: "Özünə hörmət edən oyunçuya başqa klubun məşqçisinə nəsə jest eləmək yaraşmaz"

04.04.2016 | 3527 dəfə oxunub

Azərbaycan Premyer Liqasının 28-ci turu çərçivəsində öz meydanında "Kəpəz"i darmadağın edən (3:0) AZAL-ın kapitanı Rail Məlikov matçdan sonra müsahibə verib.

- Dünənki məlum hadisələr komandaya, çıxışınıza necə təsir elədi?

- Komanda olaraq çox pis olduq. Düşünürdük ki, bəlkə də oyunlar təxirə salındı. Şəhidlərimizi hörmətlə anırıq. Nə vaxt səfərbərlik elan olunsa, biz də əlimizdə silah vətəni qorumağa hazırıq.

- Qoldan sonra əsgər salamı vermək planlaşdırılmış aksiya idi?

- Bəli. Dünən öz aramızda danışmışdıq ki, qol olsa, bu cür qeyd edək. Şəhid olan əsgərlərin ailələrinə baş sağlığı veririk. Ordumuza güvənirik və onlarla fəxr edirik.

- Qayıdaq oyuna, böyükhesablı qələbə qazanacağınızı gözləyirdinizmi?

- Kim gözləməsə də, biz bu oyunda qalib gələcəyimizi gözləyirdik. Bilirdik ki, yekunda sevinən tərəf biz olacağıq. Çünki başqa yol yox idi. Rəqib iki dəfə yenmişdi bizi. Burda da heç-heçə oynamışdıq. Eyni komandaya 7 xal vermişdik. 2 qol idi fərq, sonda 3 oldu. Onlar da əzmkar oyun oynadılar, ancaq kim güclü idisə, o da uddu. Gəncə klubuna da gələcək oyunlarda uğurlar.

- Bu mövsüm qələbə qazanmaqla yanaşı, həm də az qol buraxırsınız. Xüsusilə də öz meydanınızda çox yaxşı təsir bağışlayırsınız. Bunun sirri nədədi?

- Sirri deyəndə ki, doğma divarlar arasında oynamaq həmişə əlavə stimul olur. Burda məşq edirik, çalışırıq. Eyni zamanda düzgün müdafiə olunuruq, baş məşqçimizdən taktiki gedişlər alırıq, buna da əməl edirik. Bir məqamı da vurğulayaq ki, biz düz meydanlarda oynamağa öyrənmişik. Məsələn, Gəncədəki stadionun qazonu kələ-kötürdü, orda əlbəttə, oyunumuz alınmaz.

- Artıq Avrokuboklara getmək üçün şanslarınız bir xeyli artıb. “Zirə” və “İnter”in də problemləri var və gedə bilməyəcəklər. Avropada çıxış etmək perspektivini necə görürsünüz?

- Çalışırıq ki, hər oyunda qalib gələk. Bizi “alçaldan” insanlara səslənirəm ki, belə davam etsinlər. Çünki, onlar bizim haqqımızda “Qəbələ”ni, “Kəpəz”i uda bilməyəcəklər dedikcə, əlavə stimul olur, qalib gəlirik. Onların dedikləri bizə qətiyyən pis təsir etmir. Əvvəllər yaxşı pul alanda deyirdilər ki, oynamırlar, filan qədər qazanırlar. İndi az maaşa oynayırıq, deyirlər ki, pul almırlar, yaxşı oynayırlar. Biz indi necə edək ki, kimlərinsə xoşuna gələk?

- Rail, yaxşı maddi imkanlı komandalarda da çıxış etmisən, “kasıb” klublarda da. Hansında oynamaq daha asan idi?

- Vaxtilə “Bakı”, “Neftçi” və “Qəbələ” kimi komandalarda oynamışam. Orda klubların vəziyyəti yaxşı olduğu üçün səviyyəli futbolçular da var idi. AZAL-da isə maddi vəziyyət pis olsa da, yaxşı şərtlərlə çıxış etməyə layiq olan futbolçular var. Ancaq təbii ki, çox pul olan yerdə oynamaq daha asandı.

- Qış fasiləsindən sonra AZAL daha inamlı çıxış edir. Bunun səbəbi nədir?

- Elə bir xüsusi səbəbi yoxdu. Kim güclüdüsə, o da qalib gəlir. Bu matçda qələbə qazanmağa hazır idik. Belə baxanda, “Qəbələ” də “Kəpəz”də eynisəviyyəli rəqiblərdi. Əgər biz “Qarabağ”ı, “Qəbələ”ni öz meydanımızda uduruqsa, “Kəpəz”i də udmağa borcluyuq.

- Oyun zamanı rəqibin kapitanı Tural Axundovla sizin baş məşqçiniz arasında gərginlik oldu, bunun səbəbi nə idi?

- Özünə hörmət edən oyunçuya başqa klubun məşqçisinə nəsə jest eləmək yaraşmaz. Kapitandı, onu alçaltmaq istəmirəm, ancaq boş şeylərdi. Mənim Şahin müəllimə böyük hörmətim var. Heç vaxt rəqibin baş məşqçisinə qarşı nəsə etmərəm. Böyük-kiçik var, bizim mentalitetimiz də buna icazə vermir. (apasport)



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail