"Daha az səhv buraxan tərəf qalib olacaq"

21.10.2011 | 5722 dəfə oxunub

İnter”in braziliyalı müdafiəçisi Danildo Assioli Premyer Liqanın 10-cu turunun “Qəbələ” ilə oyunu öncəsi fikirlərini bildirib.

Stadium.az xəbər verir ki, o, klubun rəsmi saytına müsahibəsində bir sıra suala cavab verib:
 
- Bu oyun bizim üçün çox vacibdi. Biz yaxşı surət götürmüşük, iki lideri məğlub edərək mövqelərimizi gücləndirmişik. İndi bizə bu üstünlüyü qorumaq və “Xəzər Lənkəran”ı çox da irəliyə buraxmamaq lazımdı. Bizi çox çətin oyun gözləyir və “Qəbələ”ni məğlub etmək üçün maksimum çalışmalıyıq.
 
- Çox güman ki, “Qəbələ”nin tipik ingilis futbolu sərgiləyən oyun tərzilə tanışsan...
- Bəli, biz rəqibin oyununu diqqətlə öyrənmişik. “Qəbələ” uzun ötürmələrlə oynamağı xoşlayır, onlar standart vəziyyətləri təhlükəli yerinə yetirirlər, xüsusilə də aut atışları uğurlu alınır. Buna görə də, bütün oyun ərzində diqqqətli olmalıyıq.
 
- Bundan başqa, bu matçı iki məşqçi - Kaxaber Tsxadadze ilə Toni Adamsın qarşılaşması da adlandırmaq olar...
- Bəli, fikrimcə, hər ikisi Azərbaycanda fəaliyyət göstərən ən yüksək səviyyəli məşqçilərdəndi. Düşünürəm ki, hər iki məşqçi diqqətlə bir-birilərini öyrəniblər. Zənnimcə, bu qarşılaşmanın qalibi daha az səhv buraxan tərəf olacaq.
 
- Matçla bağlı proqnoz verə bilərsən?
- Biz meydana yalnız qələbə üçün çıxacağıq - bunu bizdən turnir cədvəli tələb edir. “İnter” bu oyuna yaxşı hazırlaşıb, bizə isə düşünənləri həyata keçirmək və baş məşqçinin tapşırıqlarını düzgün şəkildə yerinə yetirmək lazımdır.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail