"Bunların hamısı cəfəngiyatdır"

06.04.2016 | 2542 dəfə oxunub

"Mətbuatda millimizin danışılmış oyunda iştirak etməsi barədə xəbərlər yayılıb. Bunların hamısı cəfəngiyatdır".Stadium.Az xəbər verir ki, bunu açıqlamasında AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Mikayıl Nərimanoğlu Azərbaycan millisinin Qazaxıstanla yoldaşlıq görüşünün danışılmış olmasına dair xəbərlərə münasibət bildirərkən deyib.

Qurum rəsmisi Qazaxıstan mətbuatının oyundan əvvəl danışıq olduğu və sonra rəhbərlik arasında görüş keçirildiyi barədə iddialarını yalan adlandırıb: "O yazıda qyd olunub ki, nəticə əvvəldən danışılıb. Bu, yalandır. Oyundan sonra da rəhbərlik görüşməsi olmayıb, bu da yalandır. Üstəlik Qazaxıstan komandasının otel və məşq meydançası xərclərinin də bizim çəkdiyimiz qeyd olunub. Belə bir şey ola bilməz. Yalnız hakimlərin pulu yarıbayarı ödənilib. Çəkiliş və yayım xərclərinin də 50 faizini qazaxlar ödəyib. Başqa heç bir ödənişdən, danışılmış oyundan söhbət gedə bilməz".

Qazaxıstan mətbuatı martın 26-da Türkiyənin Antalya bölgəsində Azərbaycan və Qazaxıstan komandaları arasında keçirilmiş yoldaslıq görüşünün nəticəsinin əvvəlcədən müəyyənləşdirildiyi haqda xəbər dərc edib. İddia edilib ki, oyun 1:1 hesabı ilə başa çatmalı olub. Bunun qarşılığında rəqib komandanın otel və məşq meydançası xərcləri AFFA tərəfindən təmin olunub. Lakin nəticə danışıldığı kimi olmadığından, tərəflər arasında narazılıq yaranıb. (report)



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail