Sabah Bakıda böyük püşkatma olacaq

07.04.2016 | 3110 dəfə oxunub

Sabah bütün Avropanın diqqəti Azərbaycana yönələcək. Stadium.Az xəbər verir ki, 17 yaşadək futbolçular arasında ölkəmizdə keçiriləcək Avropa çempionatının püşkatma mərasimi baş tutacaq.

Bakı Olimpiya Stadionunda keçiriləcək tədbir saat 12:30-da başlayacaq.

Tədbirdə AFFA rəhbərliyi, Avropa və ölkə futbolunun tanınmış simaları, turnirin UEFA və Yerli Təşkilat Komitəsinin üzvləri və digər rəsmi şəxslər iştirak edəcəklər. Eyni zamanda, AFFA-nın dəvətilə Bakıya təşrif buyuran ulduzlar da püşkatmaya rəng qatacaq. Belə ulduzlardan biri İtaliya millisinin sabiq qapıçısı Françesko Toldodu.

Tədbir zamanı yarışda iştirak edəcək 16 komanda 4 qrupa bölünəcək. Püşkatmada yalnız Azərbaycan yığması iştirak etməyəcək. Qaydalara əsasən, meydan sahibi püşksuz A qrupunun 1-ci komandası olacaq. Bu qrupun digər 3 komandası, həmçinin B, C və D qruplarını təşkil edən “dordlük”lər püşklə müəyyənləşəcək.

Püşkatma zamanı komandalar iki səbətdə yer alacaq. Elit-raundda qrup qalibi olan 8 komandadan ən yaxşı nəticəyə malik 7 yığma 1-ci səbətdə qərarlaşacaq. Bu komandalardan biri A qrupunda yer alacaqsa, digər “dördlük”lərin hərəsinə iki səpələnmiş daxil olacaq.

 

A səbəti

Danimarka

Ukrayna

İtaliya

Almaniya

Portuqaliya

Fransa

Serbiya

 

B səbəti

Belçika

Şotlandiya

İngiltərə

Bosniya və Herseqovina

Hollandiya

İsveç

Avstriya

İspaniya

Səbətlərin tərkibinə baxıb, Azərbaycan millisi üçün arzulanan və arzuolunmaz rəqibləri müəyyənləşdirmək mümkündü. Bütün yığmaların iddialı olduğu 1-ci, yəni A səbətində ən münasib rəqib kimi Ukrayna ilə Serbiyanın adını çəkmək olar. Düzdü, Danimarka da nəhənglərdən nisbətən geri qalır. Amma şimallıların oyun üslubu yığmamız üçün münasib sayıla bilməz.

İkinci – B səbətində Avstriya, həmçinin Bosniya və Herseqovinanı arzulamaq mümkündü. Sonuncular yığmamız kimi final mərhələsinin debütantıdı. Ənənələrə malik Şotlandiya ilə İsveçi də qorxulu rəqib saymaq olmaz.

Əvəzində 1-ci səbətdə Almaniya, İtaliya, Fransa, 2-cidə İngiltərə, Hollandiya, İspaniya nəinki Təbriz Həsənovun yetirmələri üçün, əksər yığmalar üçün arzuolunmazdı. Püşkün Almaniyanı millimizə rəqib etməsi isə Renat Dadaşovun vaxtilə şərəfini qoruduğu yığmamıza qarşı oynaması ilə nəticələnə bilər. Əvvəl ölkəmizin şərəfini qoruyan milliləşən almaniyalı artıq vətənini təmsil edən Bundestimin formasını geyinir.

Sabahkı tədbir futbol tariximizdə Bakıda keçiriləcək 2-ci böyük püşkatmadı. 4 il əvvəl 17 yaşadək qızlar arasında dünya çempionatına ev sahibliyi edən ölkəmiz mundialın da püşkatması zamanı dünyanın diqqətini cəlb etmişdi.

Artıq püşkatma prosesini gerçəkləşdirəcək şəxslər də bəlli olub. Bunlar UEFA-nın milli komandaların yarışları departamentinin rəhbəri Lansi Kelli və yarışın səfiri, müğənni Röya Ayxan olacaq.

Püşkatma nəticəsində qrup mərhələsinin təqvimi də bəlli olacaq. Bu raundun ilk turu mayın 5-6-da, növbəti turu 8-9-da, son matçları 11-12-də keçiriləcək. Hər gün 2 qrupun hərəsində 2 matç – yəni 4 oyun baş tutacaq.

Hər qrupdan iki komandanın yüksəldiyi 1/4 final ayın 14-15-də, yarımfinal 18-də, final isə 21-də keçiriləcək. Çempionatın oyunları 4 stadionda keçiriləcək.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail