Tərlan Əhmədov: "Bizdə də "İnter"lə alınmır"

09.04.2016 | 2948 dəfə oxunub

AZAL Azərbaycan Premyer Liqasının 29-cu turunda səfərdə “İnter”ə 1:0 hesabıyla məğlub oldu. Stadium.Az xəbər verir ki, komandanın baş məşqçisi Tərlan Əhmədov oyundan sonra qarşılaşma barədə danışıb:"Özüm də oyundan əvvəl tərəddüd edirdim ki, hücum xəttində problem yaşayacağıq. Çünki Muradın səhhətində problemin yaranması, tempraturun qalxması pis oldu. "İnter"in nizam-intizamlı müdafiəsini, aqressiv oyununu bilirdim. 

Çalışdıq ki, onların bir səhvindən istifadə edib qol vuraq. Futbolçularımız tapşırığı yerinə yetirdi, amma hər halda bir xal götürsək, daha yaxşı olardı. Qismətimizdə bu vardı. Futbolçularımızdan razıyam. Məğlubiyyət bizə qarşıdakı oyunlar üçün motivasiya olacaq. Komandaya iki gün istirahət veriləcək. Fikrət Hüseynov da futbolçularla görüşdü və danışdı. Qarşıdakı oyunlara motivasiya olmaq lazımdır. "Sumqayıt"la oyuna yeni əhval-ruhiyyədə gəlmək lazımdır. Futbolçuları hazırlıq səviyyəsinə görə meydana buraxıram. Qurulinin başqa potensialı var. Bu gün ehtiyatdan oyuna daxil oldu və hiss olunur ki, dəyişiklik var. Sol cinahda tək futbolçumuz Emin Cəfərquliyevdir. Ona nəsə olsa həmin cinahda oynayan başqa futbolçumuz yoxdur. 

"İnter"i məğlub edə bilmirik. Hər bir komandanın sevmədiyi bir rəqib var. Bizdə də "İnter"lə alınmır. Bu il "Qarabağ"ı məğlub etmişik, amma "İnter"lə oyun alınmır. Bizim üçün xoş olmayan komandadır. Mənim ötən ildəki Frey kimi hücumçum olsa, başqa cür alınardı. Mən də istərəm ki, xal qazanım. Bu gün məğlub olmuşamsa, o mənim işimdir. Mütəmadi oynamaq bəhanə deyil. "Real” və "Barselona" ildə 70-80 oyun keçirir, amma heç kim şikayət etmir. Uduzmuşuq, səbəbi başqadır və bu da futbolçularla aramızda müzakirə olunacaq.
O, görüş deyildi. Sadəcə Cahangir (Hacıyevi nəzərdə tutur) müəllim ağır atletika ilə bağlı gəlmişdi və bazalar yaxın olduğundan bizimlə də görüşdü. Ətraflı məlumat verildi. Yaxşı olacağına inanıram. Klub prezidenti Zaur müəllimdir və yaxın vaxtlarda klubun vəziyyəti ilə bağlı öz həllini tapar. Ayın 11-də Rüfət Muayevin (xərçəng xəstəliyinə utulan) və dayısını müalicə üçün yola salacağıq. Maddi yardımlar ödənilir. İki dəfə müalicə üçün gedib və xərclər ödənilib. Hər gün onunla danışırıq. Futbolçular əmək haqqı, mükafat alanda ona da verilir. Vəziyyətində irəliləyiş var. Həkimlərin vəziyyətinə görə şiş balacalaşıb. Ola bilsin ki, bu dəfə əməliyyat olunsun".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail