"Qəbələ" üçün də çempionuq şansı öldü

11.04.2016 | 3263 dəfə oxunub

“Qarabağ” avrokuboklara vəsiqəni təmin edib. Stadium.Az xəbər verir ki, Azərbaycan Premyer Liqasının XXIX turunun oyunlarından sonra Ağdam təmsilçisi çempionatın ilk 4 pilləsində qərarlaşacağı rəsmiləşib.

“Ağ-qaralar”ı arxada qoya bilən 3 komandadan ikisi – “Zirə” və “İnter”in avrokuboklara buraxılmamağı isə əyalət klubunun Avropaya yolunu açıb. Əslində, “Qarabağ”ın böyük ölçüdə medalı da qazandığını söyləmək olar. Ağdamlıların ilk “üçlük”dən kənar qalması isə yalnız möcüzə ilə - 4 komandanın eyni xal toplaması və mini-turnirin keçirilməsi halında mümkündü.

“Qarabağ”ın “dördlük”də yerini təmin etməsi daha iki komandanın çempionluq arzusu ilə vidalaşması deməkdi. Artıq “Qəbələ” və AZAL da 1-cilik üçün nəzəri şanslarını əldən verib. “Qəbələ” şanslarını Sumqayıtda eyniadlı komanda ilə heç-heçə etməklə itiribsə, AZAL ağdamlıların qələbəsindən sonra qızıla “əlvida” deyib.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail