"Qəbələ" hələ də kapitansız qalıb

11.04.2016 | 3134 dəfə oxunub

Premyer Liqasının XXIX turunda “Sumqayıt”la səfərdə (1:1) heç-heçə edən “Qəbələ” uğursuz seriyaya növbəti turda “Rəvan”la qarşılaşmada son qoymaq niyyətindədi. Stadium.Az xəbər verir ki, komanda sabahdan etibarən öz bazasında autsayderlə qarşılaşmanın hazırlığına başlayacaq.

Düşərgədə əhval-ruhiyyə yüksək səviyyədə olmasa da, heyətlə bağlı problemin olmaması məşqçilər korpusunu sevindirməyə bilməz. Yeganə itki Dododu ki, kapitanın da sabahdan kollektivlə birlikdə məşqlərdə iştirak etməsi gözlənilir. 

Ancaq baş məşqçi Roman Qriqorçuk ilk gündən braziliyalını “yükləmək” fikrində deyil. Yavaş-yavaş daha yüksək tempdə məşq keçəcək Dodonun “Rəvan”la görüşə hazır olub-olmayacağı hələ bəlli deyil.

“Qəbələ” – “Rəvan” oyunu aprelin 15-də keçiriləcək.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail