Hakimi təhqir edən futbolçu və baş məşqçi cəzalandırıldı

12.04.2016 | 3745 dəfə oxunub

AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Stadium.Az xəbər verir ki, komitə üzvləri I divizionun XXI turunda qeydə alınan qayda pozuntularına hüquqi qiymət verib:

* “Zaqatala” - “Şərurspor” matçının 45+2-ci dəqiqəsində “Şərurspor”un futbolçusu Babək Allahverdiyev hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 4 oyun cəzalanır, klub 400 manat cərimə olunur.

* “Ağsu” - “Bakılı”  matçının 76-cı dəqiqəsində “Ağsu”nun baş məşqçisi Rüfət Quliyev texniki zona qaydalarını pozduğuna görə 1 oyun cəzalanır, klub 100 manat cərimə olunur.

* “Şəmkir” - “Neftçala” matçında “Şəmkir”in 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunur.

- Oyunun 74-cü dəqiqəsində “Şəmkir”in azarkeşləri tərəfindən meydançaya kənar əşyalar atıldığı üçün klub 200 manat cərimə olunur.

- Oyun başa çatdıqdan sonra “Şəmkir”in futbolçusu Müşfiq Teymurov hakimi təhqir etdiyinə görə qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 4 oyun cəzalanır, klub 400 manat cərimə olunur.

- Oyun başa çatdıqdan sonra “Şəmkir”in həkimi Bayram Bayramov hakimi təhqir etdiyinə görə 5 oyun cəzalanır, klub 500 manat cərimə olunur.

“Şəmkir” klubunun baş məşqçisi Kamran Əlibabayevə İntizam Komitəsi tərəfindən 5 oyunluq texniki zonaya giriş qadağası qoyulsa da, o, “Şəmkir” -- “Neftçala” oyununun 68-ci dəqiqəsində tribunadan meydançaya daxil olaraq hakimə qarşı öz etirazını bildirib. Bu səbəbdən də baş məşqçiyə verilmiş cəzaya 1 oyun əlavə olunur. Bu hall yenidən təkrarlanacağı halda ona qarşı daha ciddi tədbir görüləcək.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail