"Bəlkə bu başa düşüləndir, bəlkə də yox"

13.04.2016 | 2933 dəfə oxunub

“Qısa istirahətdən sonra məşqləri bərpa etmişik. Hər şey qaydasındadır, növbəti turun oyununa hazırlaşırıq”. Stadium.Az xəbər verir ki, bu sözləri “Kəpəz”in futbolçusu Şəhriyar Əliyev deyib.

Müdafiəçi Premyer Liqanın XXX turu çərçivəsində “İnter” ilə keçiriləcək matç öncəsi kapazpfc.az saytına açıqlamalar verib: “Uğursuzluğa son qoymaq istəyirik, ona görə də əzmlə məşq edirik. Səhvlərimizi aradan qaldırmağa çalışırıq. Bizim gücümüz birliyimizdədir. Yaxşı nəticələr qazanmağı, Avropaya getməyi biz də istəyirik. Ardıcıl iki matçda uduzduq. Bəlkə bu başa düşüləndir, bəlkə də yox. Çox adam bu hesablarla uduzacağımızı gözləmirdi. Sadəcə, birinci görüşdə bəxtimiz gətirmədi, Ağdam klubu ilə qarşılaşmada isə rəqib çox güclü idi və yaxşı oynadı”.
 
Əliyev Gəncə azarkeşlərini “İnter” ilə oyuna səsləyib. O, fanatların dəstəyi sayəsində daha yaxşı çıxış etdiklərini vurğulayıb: “Dəstəyə ehtiyacımız var, azarkeşləri stadionda gözləyəcəyik. Biz fanatlarımızla güclüyük. Onlar bizim yanımızda olanda daha güclü oluruq. Gücümüzü bir daha meydanda göstərib, yenidən turnir cədvəlində üçüncü pilləyə qalxmaq istəyirik”. 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail