Zaur Svanadze: “Bizi “Kəpəz”lə çətin oyun gözləyir"

15.04.2016 | 2612 dəfə oxunub

“Bizi “Kəpəz”lə çətin oyun gözləyir. Bu komanda doğma divarlar arasında yaxşı oyun sərgiləyir”. Stadium.Az xəbər verir ki, bunu “İnter”in baş məşqçisi Zaur Svanadze deyib.

Azərbaycan Premyer Liqasının XXX turunda “Kəpəz”in qonağı olacaq “bankirlər” qarşılaşmanın hazırlıqlarını davam etdirir. Oyunla bağlı klubun rəsmi saytına danışan gürcüstanlı mütəxəssis heyətdəki problemlərdən də bəhs edib: “Oyuna ciddi hazırlaşırıq. Düşünürəm ki, azarkeşlər maraqlı və gərgin mübarizənin şahidi olacaqlar. Heyətdəki prolemlərə gəlincə, Kamran Ağayevlə Nizami Hacıyev zədəlidilər. Abbas Hüseynovun isə mikro-zədəsi var və onun oyuna çıxması sual altındadı. Bildiyiniz kimi, Rauf Əliyev artıq komanda ilə məşq edir və “Kəpəz”lə matçda “18-liy”ə salınacaq. Qarşıdakı oyunu buraxacaq futbolçularımızdan biri də sarı vərəqə limitini dolduran Sezar Meza Kollidi”.

“Kəpəz” – “İnter” oyunu aprelin 16-da keçiriləcək.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail