1 qələbə, 1 heç-heçə, 3 penal, 3 qol - YENİLƏNİB

23.10.2011 | 7584 dəfə oxunub

Azərbaycan Premyer Liqasında 10-cu tura bu gün yekun vurulacaq. Stadium.az xəbər verir ki, son oyun günündə iki qarşılaşma olacaq.

Günün ilk start fiti Tovuzda səslənib. Yerli "Turan" azarkeşləri qarşısında debütant "Sumqayıt Şəhər"lə qarşılaşıb. Turnir cədvəlinin son iki pilləsində qərarlaşmış komandaların oyununda qazanılacaq 3 xal çox hər iki tərəf üçün vacib xarakter daşıyırdı.

Görüşün taleyini bir qol həll edib. Əsgər Abdullayevin rəhbərliyindəki "Turan" ilk hissədə vurulan qol sayəsində 5 turluq həsrəti bitirərək qələbə qazanıb.

Turun son matçı isə Bakıda olacaq. Əvvəlcə "Xəzər Lənkəran"ı, ötən tur isə "Neftçi"ni məğlub etmiş "İnter" ev oyununda "Qəbələ" ilə üz-üzə gəlib. Görüşə "bankirlər" fəal başlayıb hesabı açsa da, fasilədən sonra "Qəbələ" futbolçuları bərabərliyi bərpa ediblər. Matçda başqa qol vurulmayıb və tərəflər hərəyə 1 xalla kifayətlənməli olub.

Maraqlıdır ki, turun son oyun günündə vurulan qolların hamısı penalti sayəsində vurulub. Əvvəlcə "Turan", daha sonra isə ardıcıl olaraq "İnter" və "Qəbələ" futbolçuları penaltiləri qol çeviriblər.

Premyer Liqa
10-cu tur
 

23 oktyabr (bazar)

15:00. "Turan" - "Sumqayıt Şəhər" - 1:0
Qol: Sergey Artyux, 30-pen. (1:0).
Hakimlər: Vüsal Əliyev, Aleksandr Musatkin, Habil Əliyev, Rauf Cabbarov
AFFA nümayəndəsi: Əliyar Xanəliyev
Hakim-inspektor: Qurban Məmmədov
Tovuz şəhər stadionu

19:00. "İnter" - "Qəbələ" - 1:1
Qol: Danildo Assioli, 20-pen. (1:0). Deon Barton, 59-pen. (1:1).
Hakimlər: Rövşən Əhmədov, Rza Məmmədov, Ramiz Əsədov, Əliyar Ağayev
AFFA nümayəndəsi: Ramiz Abdullayev
Hakim-inspektor: Məhəmməd Məmmədov
"Şəfa" stadionu.

22 oktyabr (şənbə)

17:00. AZAL - "Rəvan" - 1:2
Qollar: Elşən Məmmədov, 35 - Miloş Zeçeviç, 27, Ekrem Hodziç, 88
Hakimlər: Elçin Məmmədov, Azər Əsgərov, Namiq Hüseynov, Alik Yunusov
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov
Hakim-inspektor: Murad Məmmədov
"AZAL Arena" stadionu.

15:00. "Kəpəz" - "Neftçi" - 1:1 
Qollar: Milan Antiç, 20 - Fərid Quliyev, 47
Hakimlər: Anar Salmanov, Yaşar Abbasov, Mübariz Haşımov, Ramil Diniyev
AFFA nümayəndəsi: Namiq Məstanov
Hakim-inspektor: Orucəli Durmuşov
Gəncə şəhər stadionu. 

21 oktyabr (cümə)

17:00. "Simurq" - "Qarabağ" - 0:1
Qol: Rauf Əliyev, 60 (0:1)
Hakimlər: Elnur Muradov, Coşqun Həsənov, İsgəndər Əliyev, Hacıəli Ağayev
AFFA nümayəndəsi: Vaqif Məmmədov
Hakim-inspektor: Əli Hüseynov
Zaqatala şəhər stadionu.

15:00. "Bakı" - "Xəzər Lənkəran" - 2:2
Qollar: Eder Bonfim, 25 (0:1), Parks, 62 (1:1), 65 (2:1), Rusiç, 77 (2:2)
Qırmızı vərəqə: Cəmşid Məhərrəmov, 73, Alim Qurbanov, 90+3
Hakimlər: Fariz Yusifov, Elman Musayev, Mehman Mahmudov, Rəhim Həsənov
AFFA nümayəndəsi: Əziz Əliyev
Hakim-inspektor: Məlik Həsənov
"Bakı" FK-nın təlim-məşq bazasının stadionu.

Turnir cədvəli:


KomandaOQHMQollarXallar
1Xəzər Lənkəran1072116-723
2İnter105328-618
3Qarabağ952211-617
4Neftçi951312-716
5Bakı1044211-816
6Qəbələ1043312-1115

7Rəvan1034313-1313
8Kəpəz1033415-1612
9Turan103168-1310
10AZAL1024411-1410
11Simurq102257-128
12Sumqayıt Şəhər100373-143

Bombardirlər:

1. Sergey Artyux - "Turan" - 5 qol (2)  
2. Ceyhun Sultanov - "Kəpəz" - 4 qol
3. Yuri Fomenko - "Kəpəz" - 4 qol
4. Luiz Hilario - "Qəbələ" - 4 qol
5. Rauf Əliyev - "Qarabağ" - 3 qol
6. Emeka Opara - "Xəzər Lənkəran" - 3 qol
7. Bahodir Nasimov - "Neftçi" - 3 qol
8. Georgi Adamiya - "Qarabağ" - 3 qol
9. Uinston Parks - "Bakı" - 3 qol



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail