Samir Abbasov: "Əsas ələ düşən şanslardan yararlanmaq lazım idi"

18.04.2016 | 3209 dəfə oxunub

“Sumqayıt” Azərbaycan Premyer Liqasının XXX turunun oyununda səfərdə AZAL-a məğlub oldu - 1:0. Stadium.Az xəbər verir ki, oyundan sonra komandanın baş məşqçisi Samir Abbasov jurnalistlərin suallarını cavablandırıb:

- Yaxşı oyun nümayiş etdirdik, əsasən də ilk yarıda komandamdan göstərdiyi oyuna görə tam razıyam, futbolçularım istəkli idi. Ələ düşən şansları qaçırdıqca, tələskənlik oldu. Buraxdığımız qoldan sonra matçı çevirəcəyimizə açığı, inanmırdım. Belə kuryoz qoldan sonra rəqib qapısına belə meydançada yol tapmağın çətin olacağını bilirdik. Alınmadı, rəqibi təbrik edirəm”.

- Sizcə, Pərdis Fərcad-Azadın yerdə qaldığı epizodda penalti var idi?

- Yəqin ki, yox idi. İnanmıram ki, həmin epizodda penalti var və referi vermir. Bu haqda heç düşünmək belə istəmirəm. Əsas ələ düşən şanslardan yararlanmaq lazım idi.

- 3 futbolçunu qovduqdan sonra Murad Ağayev daha irəlidə çıxış edir. Sizcə, özünü bu möqvedə yaxşı göstərə bilirmi?

- O, hücumçuların arxasında oynamır. Bu gün başqa sistemlə meydana çıxdıq. Əsas tapşırığımız Aleksandr Çertoqanovun tək qalması, digər iki futbolçunun isə rəqibi sıxması idi. Bəlkə də kənardan elə görünür amma Murad Ağayevi hücumçuların arxasında oynatmaq fikrimiz yox idi.

- Son dəqiqədə Amil Yunanov yaxın məsafədən çərçivəyə düşə bilmədi. Düşünmək olarmı ki, məhz buna görə son matçlarda Yunanova yox Pərdisə daha çox şans verirsiniz?

- Demək olar.

 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail