Saşa Yunisoğlu: "Hakim mənə qəsdən "qırmızı" göstərdi"

18.04.2016 | 4784 dəfə oxunub

"Rəvan"ın müdafiəçisi Saşa Yunisoğlu Premyer Liqanın 30-cu turu çərçivəsində "Qəbələ"yə qarşı keçirdikləri səfər oyunu ilə bağlı fikirlərini bölüşüb.

Stadium.Az xəbər evrir ki, açıqlamasında o, 0:2 hesablı məğlubiyyətlə bağlı bunları söyləyib:

"Qırmızı vərəqə aldığıma, komanda yoldaşlarımı çətin vəziyyətdə qoyduğuma görə çox məyusam. Çünki məhz mənim qırmızı vərəqə almağımdan sonra komandamız iki qol buraxaraq, məğlub oldu. Amma həmin epizodda təmiz topa oynamışdım".

Təcrübəli futbolçunun sözlərinə görə, qarşılaşmanın baş hakimi Rauf Cabbarov ona qarşı qərəzli olub: "Hakim matçın əvvəlindən məni sarı vərəqə ilə hədələməyə başlamışdı. Öz istəyinə çatdı. Onun bunda nə məqsədi var idi, bilmirəm. Amma mənə elə gəlir ki, qəsdən qırmızı vərəqə göstərdi. Sanki bunun üçün fürsət gözləyirdi. Fikrimcə, mən də olmasaydım, komandamızın hansısa üzvünü mütləq meydandan qovacaqdı".

Yunisoğlunun sözlərinə görə, normal hakimlik olsaydı, onlar Qəbələdən xalla qayıda bilərdilər: "Mənim kimi, komandamızın digər üzvləri də hakimlikdən narazı qaldı. Rauf Cabbarov artıq neçənci dəfədir ki, "Rəvan"a qarşı qərəzli idarəçilik edir. Bu, yolverilməzdir. Əminəm ki, onun verdiyi qırmızı vərəqə olmasaydı, biz Qəbələdən ən azı bir xalla qayıda bilərdik".

Saşa rəqib komandanın baş məşqçisi Roman Qriqorçukla aralarında yaranan münaqişəyə də münasibət bildirib: "Sadəcə, aramızda mübahisə yarandı. Həmin epizodda kiçik zədə aldım. Amma o, "Rəvan"ın futbolçularının artistlik etdiyini dedi. Həkimlər mənə tibbi yardım göstərəndə isə futbolçularına feyr-pleyə əməl etməməyi, topu bizə qaytarmamağı tapşırdı. Onun bu sözləri mənim xoşuma gəlmədi və buna görə də sərt şəkildə etirazımı bildirdim. Dedim ki, bu, qaydasız döyüş yox, futboldur. Hamımız insanıq, zədəli futbolçuya vaxtında tibbi yardım lazımdır. Düzünü deyim ki, belə bir məşqçidən o cür sözlər gözləmirdim. Amma bütün olanlar futbol meydanında qaldı. "Qəbələ"yə də qarşıdakı oyunlarında uğurlar arzulayıram". (azerisport)



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail