"Sumqayıt"ın futbolçuları arenamıza maddi ziyan vurublar"

18.04.2016 | 3247 dəfə oxunub

AZAL-ın vitse-prezidenti Vaqif Qasımov bəyan edib ki, Premyer Liqanın 30-cu turu çərçivəsində qarşılaşdıqları "Sumqayıt"ın futbolçuları "AZAL Arena"nın ehtiyat oyunçular üçün nəzərdə tutulan skamyasına ciddi ziyan vurublar. Stadium.Az xəbər verir ki, Qasımov açıqlamasında bunları söyləyib:

"Sumqayıt"ın futbolçuları arenamıza maddi ziyan vurublar. Matçın hakim-inspektoru da altı skamyanın sıradan çıxdığını qeydə alıb. Hansı ki, o kresloların biri 1000-1200 dollardır. Dəyən maddi ziyanın dəqiq məbləğini açıqlaya bilmərəm. Amma ən azı 1000 manat ziyan vurulub. Dəqiq qiymət vermək üçün mütəxəssis dəvət edəcəyik. Azarkeşlərin tribunada kresloları sındırması ayrı, bunu futbolçunun etməsi ayrıdır. "Sumqayıt"ın prezidenti oyundan sonra bizim futbolçulara ağıl öyrədirdi. Amma qoy öz oyunçularının nə etdiyinə baxsın. Biz dəyən maddi ziyanın ödənilməsini tələb edəcəyik".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail