Dmitri Nazarov "Qəbələ"yə keçir? - ÖZƏL

19.04.2016 | 4606 dəfə oxunub

Bir müddət əvvəl milli komandamızın dayaq yarımmüdafiəçisi, Almaniyanın II Bundesliqasında mübarizə aparan “Karlsrue”də çıxış edən Dmitri Nazarovun “Qarabağ”a keçəcəyiylə bağlı xəbərlər yayılmışdı. Stadium.Az xəbər verir ki, Ağdam klubu bu xəbəri yalanladı və belə bir transfer fikirlərinin olmadığını açıqladı.

Aldığımız məlumata görə, Nazarovun karyerasını Azərbaycanda davam etdirəcəyi real məlumat imiş. Belə ki, onunla “Qarabağ” yox, “Qəbələ” yaxından maraqlanır. Kluba yaxın mənbədən verilən məlumata görə, “Qəbələ” yayda “Karlsrue”də ayrılacaq milli futbolçuyla danışıq aparıb və ilkin razılıq əldə edib. Baş məşqçi Roman Qriqorçuk hazırda komandada çıxış edən Rəşad Sadiqovu yayda yollamaq fikrindədir. Ukraynalı məşqçi Rəşadın əvəzinə məhz Nazarovu düşünür.


Tərəflər arasındakı danışıqların addi trəfindən də bir qədər xəbər tuta bilmişik. Belə ki, Dmitri Nazarov “Qəbələ”də oynamağa hazır olduğunu və klubdan illik 500 min dollar olmaqla 3 illik müqavilə tələb edib. “Qəbələ” isə milli üzvünə illik 400 min verməyə hazır olduğunu qarşı tərəfə çatdırıb. Əgər Dmitri bu təklifə müsbət cavab versə, yaxın zamanda futbolçuyla klub arsında müqavilə də imzalanacaq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail