"Qəbələ"nin futbolçuları məktəbləri ziyarət etdi

19.04.2016 | 2770 dəfə oxunub

"Qəbələ" İdman Klubu məktəblərlə bağlı layihəsini davam etdirir. Stadium.Az xəbər evrir ki, ötən günlər ərzində klub nümayəndələri və futbolçular Qəbələ şəhərində 5, kəndlərdə isə 8 məktəbi ziyarət ediblər. 


16 mart tarixində klubun kommersiya direktoru Mustafa Aztopal, əsas komandanın yarımmüdafiəçisi Aleksey Qay və akademiya yetirməsi Elvin İmanlı 4 saylı orta məktəbdə olublar. Məktəbin akt zalında keçirilən tədbirdə şagirdlərə komanda və onun uğurları barədə məlumat verilib. 
Daha sonra "Qəbələ"nin Avropa Liqası oyunları və dünya futbolundakı gözəl məqamlardan ibarət video çarx nümayiş etdirilib.
Həmin gün klub rəsmiləri və futbolçular daha bir təhsil ocağını - 3 saylı orta məktəbi də ziyarət ediblər.

17 mart tarixində daha 2 məktəb ziyarət olunub. Bu dəfə Mustafa Aztopalı digər futbolçular - Rikardionyo ilə Elvin Camalov müşayiət edib. Əvvəlcə 2 saylı orta məktəbdə olan heyət, daha sonra 5 saylı orta məktəbə gedib. 

Bu məktəblərdə də şagirdlərə klub haqda məlumatlar verilib, Qəbələnin avropa liqasındakı iştirakı və dünya futbolundakı maraqlı anlardan ibarət video nümayiş etdirilib. 

Mustafa Aztopal görüş zamanı məktəblilər arasında kiçik yarışma keçirib. Qəbələ futbol komandası barədə verilən sualı düzgün cavablandıran şagirdə kitab hədiyyə edilib. 

Sonda Qəbələ İdman Klubu rəhbərliyinin azarkeşlərə məktubu oxunub. (klub saytı)



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail