"Qəbələ"nin müdafiəsinin mərkəzi boş qalıb

20.04.2016 | 3071 dəfə oxunub

"Qəbələ"nin Azərbaycan Premyer Liqasının növbəti turunda "Xəzər Lənkəran"la səfər oyunu öncəsi müdafiə xətti ilə bağlı ciddi problemləri yaranıb.

Stadium.Az xəbər verir ki, ukraynalı baş məşqçi Roman Qriqorçuk iki aparıcı mərkəz müdafiəçisinin xidmətindən məhrum qalıb.
 
Ruslan Abışov zədə, Vojislav Stankoviç cəza səbəbindən meydana çıxa bilməyəcək. Üstəlik, Rafael Santos hələ "Sumqayıt"la iki tur öncə sintetik meydanda keçirilmiş səfər oyununda zədələnib və onun Lənkəranda meydana çıxacağı sual altındadır. 
 
Belə olan halda, Qriqorçukun xidmətindən yalnız bir müdafiəçi - Vitali Vernidub qalıb. Ukraynalı mütəxəssis vəziyyətdən çıxış yolu kimi əvəzedici heyətdən mərkəz müdafiəçisi Murad Musayevi hazırlığa cəlb edib. "Qəbələ"nin əvəzedicilərinin kapitanı öz çempionatında sarı vərəqə limtini aşdığına görə cəzalıdır və növbəti turda meydana çıxmayacaq. Santos sağalmasa, Musayevin "Xəzər Lənkəran"la oyunda əsas heyətdə meydana çıxacağı gözlənilir.

Qriqorçuk əvəzedicilərdən yarımmüdafiəçilər Emin Zamanovla Roman Hüseynovu da hazırlığa cəlb edib. Qapıçılardan isə Murad Popovla Süleyman Süleymanov növbəliliklə əsas komandada hazırlaşır. Ancaq Andrey Popoviç hələ də əvəzedici heyətdədir. Qrqiorçuk qış fasiləsində "Kəpəz"lə səfərdə böyük hesabla uduzduqları (0:3) matçda səhvləri ilə yadda qalan milliləşdirilən ukraynalı qapıçını qaytarmağı düşünmür.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail