Zaur Svanadze: “Rauf Əliyevi növbəti oyunda görməyə ümid edirəm"

21.04.2016 | 2745 dəfə oxunub

“Qarabağ”la görüşə adi qaydada hazırlaşırıq. Rəqibin çox yaxşı komanda olduğunu bilirik”. Stadium.Az xəbər verir ki, bunu “İnter”in baş məşqçisi Zaur Svanadze deyib.

Klubun rəsmi saytına açıqlama verən gürcüstanlı mütəxəssis Topaz Premyer Liqasının XXXI turunda “Qarabağ”la keçiriləcək qarşılaşmanın hazırlığı barədə məlumat verib: “Yaxın 4 oyundan üçünü məhz “Qarabağ” komandasına qarşı keçirəcəyik. Ona görə də, çox çətin mərhələ olduğunu anlayırıq. Buna baxmayaraq, yaxşı oynamağa çalışacağıq”.

Svanadze zədəli futbolçuların durumuna da aydınlıq gətirib: “Rauf Əliyevi növbəti oyunda görməyə ümid edirəm. O, 30-45 dəqiqə oynamağa hazırdı. Nizami Hacıyev fərdi qaydada məşq edir. Təqribən iki həftəyə meydana dönəcək. İlkin Qırtımov da zədəlidi. Qızdırmadan əziyyət çəkən Abbas Hüseynov da oyunu buraxmalı olacaq. Sezar Meza Kolli artıq komanda ilə məşq edir. Amma paraqvaylı oyunçunun “Qarabağ”la görüşə çıxıb-çıxmayacağı hələlik sual altındadı. Kamran Ağayev də komanda ilə birlikdə məşq edir. Ümid edirik ki, yaxın gələcəkdə onu meydanda görəcəyik”.

“Bankirlər”in çalışdırıcısı hədəflərinin mövsümü medalçılar sırasında bitirmək olduğunu söyləyib: “Çətinliklər var, amma biz ilk “üçlüy”ə düşmək üçün var gücümüzlə çalışacağıq. Bunu çox istəyirik və ciddi hazırlaşırıq”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail